Məşhurların ölümdən qabaqkı FOTOLARI
Bizi izləyin

Bilgi.az

Məşhurların ölümdən qabaqkı FOTOLARI

Mavi ekran arxasından izlədiyimiz və pərəstiş etdiyimiz insanlar da bir gün həyatdan köçür. Onlardan bəziləri qətlə yetirilir, kimi narkotik maddələrdən ölür, kimi xəstəlikdən, kimi də öz əcəlindən.

Məşhur insanlar sonuncu şəkillərini çəkdirərkən bunun sonuncu olacağından şübhələnməyiblər də.

Publika.az məhz tanınmış insanların ölümdən qabaqkı fotolarını təqdim edir:

  1. Freddi Merkuri 1991-ci ildə QİÇS xəstəliyi nəticəsində yoluxduğu bronxial pnevmoniyadan ölməzdən əvvəl çəkdirdiyi foto.
  2. Adolf Hitlerin ölümünə 2 gün qalmış çəkilən foto. O, Berlin bunkeri yaxınlığında dayanıb, bombardman nəticəsində dəyən ziyanı qiymətlənləndirir.
  3. Albert Eynşteyn 1955-ci ildə Prinstondakı evində poza verərkən. Fotonun çəkilməsindən bir ay sonra o, aorta divarının anevrizmasından vəfat edib.
  4. Emi Uaynhaus ölümündən 1 həftə əvvəl. 2011-ci il, 23 iyul. O, Şimali Londonda yerləşən evində ölü tapılıb.
  5. Ölümündən sonra "Oskar" mükafatına layiq görülən Hit Ledcer. O, dozadan artıq narkotik-ağrıkəsici qəbul etməsi nəticəsində dünyasını dəyişib.
  6. Con Lennon. Qatili Mark Devid Çepmen onu qətlə yetirməzdən əvvəl müğənnidən avtoqraf istəyib.
  7. Anna Frank fotoda bacısı Marqo ilə dayanıb. Şəkil 1942-ci ilin ortalarına təsadüf edir.
  8. Elvis Preslinin sonuncu fotosu. Presli 1977-ci ildə stomatoloqun qəbulundan çıxandan sonra çəkilib.
  9. Cimi Hendriks ölümündən bir gün əvvəl sevimli aləti ilə birlikdə.
  10. Kurt Kobeyn, 1994-cü il.
  11. Merlin Monro 1962-ci ildə dostları ilə çəkdirdiyi foto.
  12. Şahzadə Diana avtomobilin arxa oturacağında əyləşərək paparasilərə baxır. Şəklin çəkilməsindən bir neçə saniyə sonra onun avtomobili qəzaya düşüb.
  13. Tupak Şakur 13 sentyabr 1996-cı ildə avtomobildə güllələnib. Qətldən bir neçə dəqiqə əvvəl onun fotosu çəkilib.
  14. Con Kennedi həyat yoldaşı və Texas ştatının qubernatoru ilə Dallas şəhərində avtomobildə gedərkən.
  15. "Çellencer" şatlın ekipajları. 28 yanvar 1986-cı il.
  16. Maykl Cekson ölümündən 2 gün əvvəl Los-Anceles şəhərində konsertə hazırlaşarkən. Foto 2009-cu il, iyunun 23-də çəkilib.
  17. Bənazir Bhutto 2007-ci il dekabrın 27-də başını avtomobildən çıxararaq mitinqdə iştirak edənləri salamlayır. Şəklin çəkilməsindən bir neçə saniyə sonra o, qətlə yetirilib.
  18. Stiv Cobs 2011-ci il, oktyabrın 5-də vəfat edib. Foto 2011-ci il, avqustun 26-da çəkilib.
  19. Lenin ölümünə yaxın iflic olub. Bundan sonra onun dili tutulub.
  20. Marqaret Tetçer 2012-ci ildə parkda skamyada oturarkən.
  21. Uitni Hyuston. Şəkil 2012-ci il fevralın 9-dan 10-a keçən gecə çəkilib. Bir gün sonra o, Beverli-Hillzdəki mehmanxanada ölü tapılıb.
  22. Aktyor Pol Uoker ölümündən 20 dəqiqə əvvəl. Şəkildən də aydın görünür ki, o, avtomobilin sərnişin oturacağında əyləşir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm