Bilgi.az
Beçinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçildi
“World Happiness”in hesabatında Finlandiya beşinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Finlandiya artıq ardıcıl olaraq beşinci dəfədir ki siyahıda birinci olur.
Müvafiq qiymətləndirmə Birləşmiş Millətlər Təşkilatının (BMT) sifarişi ilə hazırlanan 2022-ci il Dünya Xoşbəxtlik Hesabatında yer alıb. Qeyd olunur ki, Finlandiya reytinqdə digər dövlətləri bir neçə yüz bal fərqi ilə qabaqlayır. İlk onluğa daxil olan ölkələr bunlardır:
- Finlandiya
- Danimarka
- İslandiya
- İsveçrə
- Hollandiya
- Lüksemburq
- İsveç
- Norveç
- İsrail
- Yeni Zelandiya
Növbəti beşliyə Avstriya, Avstraliya, İrlandiya, Almaniya və Kanada daxil olub. Bu, on il əvvəl 5-ci olan Kanada üçün əhəmiyyətli bir eniş deməkdir.
Qalan ilk 20-likdə ABŞ 16-cı yerdədir (keçən il 19-cu yerdə idi), Böyük Britaniya və Çexiya 17-ci və 18-ci yerdə qalır, ardınca Belçika 19-cu və Fransa 20-cidir ki, bu da əslində onun ən yüksək reytinqidir.
“Xoşbəxtliyin təməli sülh, təhlükəsizlik və uzaqgörənliyə əsaslanır. Finlandiya şəxsi xoşbəxtliyi dəstəkləyən sistemləri inkişaf etdirmək üçün ardıcıl, uzunmüddətli səylər göstərib”, – 2022-ci il hesabatının nəticələrini dinləyən Finlandiyanın baş komissarı Severi Keynyal bildirib.
Rusiya reytinqdə 80-ci yeri tutub. 2021-ci ildə o, 60-cı yerdə idi.
Xoşbəxtlik və ya həyat səviyyəsi ən aşağl olan ölkələr isə aşağıdakılardır:
137. Zambiya
138. Malavi
139. Tanzaniya
140. Sierra Leone
141. Lesoto
142. Botsvana
143. Ruanda
144. Zimbabve
145. Livan
146. Əfqanıstan
Müəlliflər bildirib ki, hər il “Dünya Xoşbəxtlik Hesabatı”nın seçim ölçüsünü artırmaq və daha dəqiqliyə imkan vermək üçün əvvəlki üç illik sorğuların məlumatları toplanır. “150-dən çox ölkəni əhatə edən 15 illik məlumatın mövcudluğu unikal ehtiyat əldə etmək imkanı verir. Ən böyük üç qazanc Serbiya, Bolqarıstan və Rumıniyada olub. Ən böyük itkilər Livan, Venesuela və Əfqanıstanda olub” , - hesabatda qeyd edilib.
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi












.jpg)























.jpg)