Bilgi.az
Erməniləri diri-diri basdıran, farsları sağ buraxmayan ƏMİR TEYMUR
Böyük türk sərkərdəsi Əmir Teymur dünya tarixində xüsusi iz qoymuş şəxsiyyətlərdən biridir. Orta əsr rus mənbələrində “fəthlər kralı” olaraq qeyd edilən Teymur həm də "Topal Teymur" kimi anılır.
Publika.az “Orta Asiyanın qütb ulduzu” Əmir Teymur haqqında olan maraqlı məlumatları təqdim edir.
Çingizlilər sülaləsindən olmadığı üçün Teymur böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də Teymur özünə əmir (tayfa başçısı) titulunu götürür. Böyük sərkərdə dünya tarixinə heç bir müharibədə məğlub olmayan komandan kimi öz adını yazdırıb. Çünki o, hər zaman döyüşlərin sonunu hesablayıb, qalib gələ bilməyəcəyi müharibələrə isə ümumiyyətlə girməzdi.
Teymur ilk səfərini 1371-ci ildə Xarəzmşahlar üzərinə təşkil edir.
O, 1381-ci ildə Tus şəhərinə daxil olarkən əsərlərində türkləri daima qaralayan “Şahnamə”nin müəllifi, İran şairi Firdovsinin xaraba məqbərəsi önündə dayanır və deyir: “Ey Firdovsi, qalx, qalx və hər sətirdə xor gördüyün məğlub türkü indi gör! Qalx, qalx, bax, İsfahan gözəldir, yoxsa Səmərqənd? Bağdaddan indi yatdığın yerə qədər heç bir farsı sağ buraxmadım. Topal ayağımın basdığı yerdə ot bitməz”.
Belə nəql olunur ki, bir gün Teymur Hindistan yürüşündə olarkən heç vaxt görmədiyi bir canlı ilə qarşılaşır. Bu heyvan onun istifadə etdiyi atlardan çox böyük olduğu üçün ordudakı atlar heyrətə gəlir. Rəvayətə görə, Teymur camışların başına çubuqlardan xortumlar düzəldərək filə bənzədir və atların yanında saxlayaraq heyvanların öyrəşməsi üçün şərait yaradır. O atdığı bu addımla müharibədə qalib gəlir. Həmin döyüşdən sonra Teymur ələ keçirdiyi 30 fili öz ordusuna qatır.
Əmir Teymur Sivası almağa gedərkən əvvəlcə qala sərkərdəsi ilə danışır, onu sülhə dəvət edir və qalanı təslim etsə, onların canlarının bağışlayacağını bildirir. Komandir bu təklifi rədd edir. Qala sakinləri uzun müddət dözürlər, lakin kömək və yemək çatışmazlığı səbəbindən Teymurun dediyi ilə razılaşmağa məcbur olurlar.
O, qala əhalisinin müsəlman olduğunu nəzərə alaraq təkliflərini qəbul edir. Sülh danışıqları zamanı qalada olan 4 minə yaxın erməni ox Teymurun ordusuna müqavimət göstərməyə çalışır və qoşunun üzərinə ox yağdırmağa başlayır. Əmir bundan sonra qala komandirindən həmin ermənilərin əsir kimi verilməsini tələb edir. Komandir bunu qəbul edərək onları Teymura təslim edir.
Teymur qoşununa xəndək qazmalarını və ermənilərin əl-qolunu bağlayaraq həmin o çuxurlara atmalarını əmr edir. Bununla da həmin ermənilər diri-diri basdırlır. Vədinə əməl etmədiyini söyləyənlərə isə o, “mən sözümə sahib çıxdım, qan axıtmadım” cavabını verir.
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu


























