Bilgi.az
200 ton qızılla batan gəmi tapıldı - FOTO
Kolumbiya ordusu 300 ildir su altında qalan və 1708-ci ildə batarkən içində təxminən 200 tona yaxın qızıl, gümüş və zümrüd daşıdığı güman edilən İspaniyanın “San Xose” gəmisinin qalıqlarının görüntülərini paylaşıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Kolumbiya ordusu müşahidə missiyası çərçivəsində Karib dənizi sahillərində təxminən 950 metr dərinlikdə olan İspaniyanın “San Xose” gəmisini ələ keçirib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzarəti altında aparılan müşahidə missiyası nəticəsində 300 ildir su altında qalan gəmiyə heç bir insan müdaxiləsi olmayıb.
Paylaşılan görüntülərdə Xəzinə yüklü batmış gəmidə qızıl, çini, dulusçuluq, şüşə butulka və toplar aydın şəkildə görünür. Gəminin burnu dəniz yosunu və balıqlarla örtüldüyü halda, gövdəsi daha aydın görünür.

Kolumbiya prezidenti İ.Duke müşahidə missiyası ilə bağlı verdiyi açıqlamada deyib ki, texnoloji avadanlıq və Kolumbiya donanmasının işi sayəsində şəkillər çəkə biliblər.
Duke deyib ki, batan gəmi gələcəkdə həyata keçirilməsi gözlənilən xilasetmə işləri üçün qorunub saxlanılır.
Səlahiyyətlilər həmçinin müşahidə missiyası zamanı müstəmləkə və post-müstəmləkə dövrünə aid ümumilikdə daha 2 batan gəminin aşkar edildiyini açıqlayıb.
“San Xose” 1708-ci ildə Britaniya donanması tərəfindən Kartaxena yaxınlığında batırılanadək İspaniya Krallığına məxsus olub. Gəminin 600 nəfərlik heyətindən yalnız bir neçəsi sağ qalıbmış. Amerikadan Avropaya gedərkən batdığı zaman bugünkü pulla milyardlarla dollar dəyərində olduğu təxmin edilən xəzinələrlə dolu gəmi 2015-ci ildə kəşf edilmişdi.

Mütəxəssislər batmış gəmidə ən azı 200 ton qızıl, gümüş və zümrüd olduğunu qeyd edirlər. Gəminin qalıqları aşkar edildikdə, o zamankı Kolumbiyanın prezidenti Xuan Manuel Santos gəmini “dünya tarixində indiyə qədər tapılmış ən qiymətli xəzinə” adlandırmışdı.
Qeyd edək ki, Kolumbiya öz ərazi sularında tapılan dağıntıları mədəni irsinin bir hissəsi hesab edir, bu isə o deməkdir ki, gəmidəki xəzinələri satmaq olmaz. İspaniya isə xəzinənin İspan gəmisində olduğu üçün onlara aid olduğunu, Boliviya isə ispanların yerli əhalini qiymətli əşyalarını əlindən aldığı üçün xəzinənin onlara təhvil verilməsini istəyir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





