Kriminal
Azərbaycanda Çeçenistan vətəndaşının öldürülməsi ilə bağlı YENİ XƏBƏR - (YENİLƏNDİ)
Baş Prokurorluq Sumqayıt şəhərində baş vermiş qətllə bağlı məlumat yayıb.
Publika.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.
T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
****
10:38
Dünən axşam saatlarında Sumqayıt şəhərində Çeçenistan vətəndaşının qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Publika.az xəbər verir ki, Sumqayıt şəhərinin sənaye zonasında, Gübrə zavodunun yaxınlığında Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Bislan Bakayevin bıçaqlanaraq öldürülməsi hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, B.Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Muxtar
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur









.jpg)



.jpg)






















.jpg)
.jpg)

