Kriminal
Balakəndə civə alverçiləri tutuldu - FOTO
Balakəndə civə alverçiləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində civə satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxil olmuş məlumat əsasında 22 yaşlı Balakən rayonu Qullar kənd sakini Turan Süleymanov və şəhər sakini 21 yaşlı Toğrul Səmədli şübhəli şəxs qismində saxlanılıb. T.Süleymanovdan şəxsi axtarış zamanı 1 ədəd şüşə qabda 59,4 qram metallik civə aşkar edilib. Toğrul Səmədlinin ətrafında davam etdirilən tədbirlərlə onun yaşadığı ünvanda və Talalar kəndində bibisinin evində civə saxlaması müəyyən edilib. Həmin yerlərə baxış keçirilən zaman ümumi çəkisi 473,1 qram metal parıltıya malik civə aşkar olunaraq götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, T.Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olub, tanışları Balakən rayon sakini Nizami Quliyevin yaşadığı evdən oğurlayıblar.
Həmin tədbirlərin davamı olaraq Balakən RPŞ əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. N.Quliyevin yaşadığı evə baxış keçirilən zaman 501,2 qram civə aşkarlanıb.
Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)




























.jpg)

.jpg)