Kriminal
Azərbaycanda ŞOK ƏMƏLİYYAT: Türkiyənin axtardığı şəxs Sumqayıtda tutuldu
26 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna Türkiyə Respublikası hüquq mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunmuş Yağmur Erbay Mustafa oğlunun 25 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müəyyən edilmişdir ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Türkiyə Respublikasının vətəndaşı, 16.06.1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunub.
1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyə Respublikasına ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt şəhər prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluq tərəfindən Yağmur Erbay Mustafa oğlunun Türkiyə Respublikasına ekstradisiya məsələsinin həll edilməsindən ötrü zəruri tədbirlər davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)



























.jpg)
.jpg)
