Kriminal
İstanbulun mərkəzində atışma: Azərbaycan vətəndaşı və 2 çeçen öldürüldü - FOTO/VİDEO
Ötən gün martın 31-də axşam saatlarında İstanbulun Başakşehir rayonunda, küçənin ortasında iki silahlı qrup arasında atışma baş verib.
Publika.az Habertürk-ə istinadən xəbər verir ki, atışmada 1-i Azərbaycan vətəndaşı olmaqla 3 nəfər öldürülüb, bir nəfər suriyalı yaralanıb.
Hadisə yerli vaxtla saat 18.00 radələrində baş verib. Hamısı xarici vətəndaşlar olan 6 nfər arasında əvvəlcə sözlü mübahisə başlayıb, sonra silahlar işə düşüb. Atışma zamanı Rusiya vətəndaşı olan iki çeçen-Z.N. və K.Y. aldıqları güllə yaralarından hadisə yerində ölüblər. Azərbaycan vətəndaşı R.R. isə yaralı halda xəstəxanaya çatdırılıb, amma orada keçinib. Bir suriyalının da ağır yaralandığı, reanimasiyada olduğu bildirilir.

Atışmanın hansısa pul məsələsi üstündə baş verdiyi bildirilir, atışmada yaralanan suriyalının yanında olan Gürcüstan vətəndaşı 3 nəfərin qaçdığı məlum olub. Polis hər yerdə onları axtarır. Polis öldürülən 2 çeçenlə eyni qrupda olan və hadisə yerindən qaçmağa imkan tapmayan 3 şübhəlini saxlayıb. Hadisə insanların gediş-gəlişinin sıx olduğu yerdə baş verib, bəziləri mobil telefonlarla baş verənləri çəkiblər.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur









.jpg)



.jpg)






















.jpg)
.jpg)

