Kriminal
Bakıda 31 yaşlı kişi 2 nəfərlə birgə bibisi qızını... - FİLM KİMİ OLAYIN TƏFƏRRÜATI
Bakıda qız qaçırdıqlsrına görə tutulan 3 nəfər barəsində açılmış cinayət işinin bəzi təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham edilmiş şəxslərin 1988-ci il təvəllüdlü (hadisə zamanı 32 yaşı olub) Ağdam sakini Zaur Aslanovun təşkilatçılığı ilə Ağdamdan Bakıya gəldikləri məlum olub.
Araşdırmalar zamanı məlum olub ki, Z.Aslanov bibisi qızı, 31 yaşlı G.M ilə evlənmək istəyib və ailə üzvlərini Binəqədi rayonu Rəsulzadə qəsəbəsinə - bibisigilə göndərib. Lakin elçilik uğursuzluqla nəticələnib. G.M qohumla ailə qurmaq fikrinin olmadığını, daha əvvəl də 2 xalası oğlunun onu istədiyini, lakin onlara da rədd cavabı verdiyini deyib.
Bundan sonra Ağdama qayıdan Z.Aslanov bibisi qızını qaçırmaq planı qurub və bacısının həyat yoldaşı Əsgər Mehdiyev və dostu Elçin Quliyevlə “Mercedes” markalı avtomobillə Bakıya gəliblər. Onlar Rəsulzadə qəsəbəsindəki 90 saylı bağçanın yanında gözləməyə başlayıblar. Bir qədər sonra G.M xalası qızı Müjganla birlikdə evdən çıxıb işə gedərkən Zaur bibisi qızının qarşısını kəsib. O, G.M-ya onu qaçırdığını deyib və özü ilə gətirdiyi şəxslərlə birlikdə zor tətbiq etməklə qızı maşına salıblar. Bu zaman gənc qadın yüngül bədən xəsarətləri də alıb. Onlar qızı maşına salan kimi Ağdam istiqamətinə yola düşüblər. Lakin G.M avtomobildə olarkən müqavimət göstərməyə, qışqırmağa və yalvarmağa davam edib. O, başqa şəxsi sevdiyini və həmin adamla evlənmək istədiyini də deyib. Bir qədər sonra tıxaca düşərkən G.M maşının qapısını açaraq qaçmağa çalışıb. Maşının qapısı sağdakı digər nəqliyyat vasitəsinə güclü şəkildə çırpılsa da, Z.Aslanov maşını yolun əks zolağına çıxararaq sürətlə uzaqlaşıb. Bakı ərazisində polis avtomobili onları saxlamağa çalışsa da, onlar “Mercedes”lə Bakıdan çıxmağa müvəffəq olublar. Təxminən 100 kilometr getdikdən sonra isə Hacıqabul rayonundakı DYP-nin Nəvahi postunda polis əməkdaşları onları saxlayıb. Bu zaman maşından düşən qız polislərin yanına qaçaraq kömək istəyib. Z.Aslanov, Əsgər Mehdiyev və Elçin Quliyev saxlanılaraq şöbəyə aparılıb.
Artıq Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi ilə bağlı Fikrət Qəribovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclası başa açtıb və hökm oxunub.
Hökmə əsasən Əsgər Mehdiyev 8 il, Elçin Quliyev 8 il 3 ay, Zaur Aslanov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin mart ayında baş verib.
Muxtar
-
Magazin122:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu






.jpg)


.jpg)













.jpg)

.jpg)












