Kriminal
Zaqatalada əməliyyat: Evdən civə tapıldı - FOTOLAR
Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə Asif adlı şəxsin narkotik vasitələrin və zəhərli maddə hesab edilən civənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Asif Davudov tutulub. Onun yaşadığı evə baxış keçirilən zaman müxtəlif növ narkotik vasitələr -heroin, tiryək, qurudulmuş marixuana, psixoptop maddə olan metamfetamin, metadon həbləri, elektron tərəzilər, içərisində heroin və tiryək məhlulu olan 8 ədəd şpris, eləcə də qanunsuz olaraq saxladığı qoşalülə ov tüfəngi və ona aid olan 11 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb. Davam etdirilən tədbirlərlə A.Davudovun evindən zəhərli maddə hesab edilən civə də aşkarlanıb. Araşdırma zamanı onun həmin maddəni satmaq məqsədilə evində saxladığı məlum olub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)




























.jpg)

.jpg)