Erməni casuslara hökm oxundu
Bizi izləyin

Kriminal

Erməni casuslara hökm oxundu

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar bağışlanmalarını istəyiblər.

Sujyan Gevorg Rubenoviç istintaqı aparanlara öz təşəkkürünü bildirib. Deyib ki, onun barəsində yaxşı münasibət bəsləyirlər. O, məhkəməyə də öz təşəkkürünü bildirib.

Təqsirləndirilən şəxslər son sözü deyəndən sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin cəzaları başa çatdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmaları barədə hökm elan edilib.

***

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda prokuror Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edib.

Prokuror qeyd edib ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı verilmiş Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama), 276-cı (casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham tam sübuta yetirilib.

Ə.Məmmədov Sujyan Gevorg Rubenoviç və Davtyan Davit Tiqraninin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror təqsirləndirilən şəxslərin cəzalarının başa çatdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmasının təmin olunmasını istəyib.

***

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda şahid qismində Vidadi Orucəliyev ifadə verib. O bildirib ki, "N" saylı hərbi hissədə xidmətdə olub.

V.Orucəliyevin sözlərinə görə, 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində xidmət aparıblar: "Bu zaman iki nəfər Şuşa istiqamətində bizim mövqelərimiz barədə müşahidə aparıb. Biz onları saxlamağa qərar verdik. Onları sorğu-sual etdik. Onlar bizə rus dilində cavab verdilər. Biz bildik ki, onlar Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Biz onları saxladıq, müvafiq dövlət qurumlarına verdik".

Şahid qeyd edib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlardan humanist yardım görülməyib.

Hakim bildirib ki, digər şahid Vüqar Abdullayevin iclasa gəlməməsi ilə bağlı məhkəməyə sənəd təqdim olunub. Sənəd "N" saylı hərbi hissənin komandiri tərəfindən göndərilib. Qeyd olunub ki, şahid xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdədir, məhkəmə iclasında yaxın vaxtlarda iştirak edə bilməyəcək.

Sənəddən görünür ki, şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyib. Tərəflər şahidin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər. Təqsirləndirilən şəxslər də buna etiraz etməyib.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Şahid Vüqar Abdullayev də digər dindirilən şahidin ifadəsinə uyğun danışıb.

Hakim daha sonra cinayət işində olan sübutların tədqiqi mərhələsinin başlandığını elan edib. Bundan sonra işdə olan sənədlər açıqlanıb. Açıqlanan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər Qarabağda gedən döyüşlərdə iştirak ediblər.

Hakim qeyd edib ki, cinayət işində olan sənədlərdə hər iki təqsirləndirilən şəxsin 2019-2020-ci illərdə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi məlum olub. Həmçinin onlar 2020-ci ilin sentyabr ayından Azərbaycan Ordusuna qarşı olan döyüşlərdə iştirak ediblər, eyni zamanda Azərbaycan Respublikasının təhlükəsizliyinə aid məlumatlar toplayaraq Ermənistan xüsusi xidmət orqanlarına ötürüblər.

Daha sonra Sujyan Gevorg Rubenoviç üzr istəyib. Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib və "nə etmişəmsə, Allah mənim cəzamı versin" - deyə bildirib.

Daha sonra hakimlər məhkəmə istintaqının tamamlandığını elan edib. Sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.

Hazırda prokuror çıxış edir.

***

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda şahidlər ifadə verir. İttihama görə, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasına aid dövlət sirləri olan məlumatları əldə edib, erməni xüsusi xidmət orqanlarına ötürüblər. Belə ki, 2019-cu ildə erməni xüsusi xidmətləri ilə əməkdaşlığa cəlb olunan Sujyan Gevorg Rubenoviç digər təqsirləndirilən şəxslə birlikdə Sünnik vilayəti ərazisindən Gorus rayonuna gəliblər, oradan da Azərbaycana keçiblər. Onlar qanunsuz olaraq odlu silahları əldə edərək silahlı birləşmə yaradıblar və Azərbaycan ərazisində dövlətin təhlükəsizliyinə aid məlumatları əldə ediblər. Onlar həmin məlumatları erməni xüsusi xidmət orqanlarına ötürməklə casusluq ediblər. Bundan başqa, hər iki təqsirləndirilən şəxs Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi əraziləri müəyyən etmək məqsədilə 2020-ci il noyabrın 11-də Laçın dəhlizindən keçərək Şuşa istiqamətində Azərbaycan ordusunun yerləşdiyi ərazilərə gəliblər. Həmin vaxt onlar Azərbaycan ordusunun hərbi qulluqçular tərəfindən müəyyən olunaraq həbs olunublar.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham elan edilib.

***

8:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Publika.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm