Kriminal
Bakıda film kimi olay: Maşındakı qıza baxdı, təqib etdi, baqajdan dəyənək götürüb hücum etdi
Video əlavə olunub.
xxx
Bu ilin 18 iyun tarixində Bakı şəhər Xətai rayonu Afyəddin Cəlilov küçəsində 2 sürücü arasında baş verən xırda anlaşılmazlıq böyük insidentə gətirib çıxarıb.
Publika.az xəbər verir ki, sevgilisi ilə “BMW” markalı avtomobildə olan 1987-ci il təvəllüdlü Namaz Qurbanov onun maşınına doğru baxan “Wolksfagen PassatCC” markalı digər minik avtomobilinin sürücüsünə hücum edib. Hadisə yolda hərəkətin pozulmasına, xeyli insanın toplanmasına və “Wolksfagen PassatCC”nin sürücüsü Azər Məmmədovun xəsarətlər almasına səbəb olub. Xətai rayon Polis İdarəsində Namaz Qurbanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah qismində əşya tətbiq etməklə törədildikdə) maddəsi ilə iş açılıb. Cinayət işinin istintaqı zaman xeyli maraqlı faktlar üzə çıxıb.
Namaz Qurbanov bildirib ki, maşında olan qadına ayran almaq üçün marketə gedib və geri qayıdanda digər maşında olan şəxslərin onun maşınındakı qıza baxdıqlarını görüb:
“Mağazadan ayran alıb geri qayıdan zaman iki nəfər şəxsin “Wolksfagen PassatCC”də əyləşməsini və həmin şəxslərin birininmənim maşınımdakı qadına baxmasını gördüm. Ayranı avtomobilə qoyub “Wolksfagen PassatCC” markalı avtomobilin qabaq sağ oturacağında əyləşən şəxsə yaxınlaşdım. Ona bildirdim ki, “niyə maşına baxırsan”. Həmin şəxs ilkin olaraq etiraz etdi, belə ki, baxmadığını dedi. Lakin sonradan dedi ki, avtomobildən xoşu gəldiyi üçün baxır. Bu zaman həmin avtomobilin sürücüsü bildirdi ki, “baxdıq baxdıqda nə var ki”. Həmin şəxsə sözünə görə irad bildirdim. Bundan sonra həmin avtomobildə əyləşən şəxslər düşdülər”.
“Megafun” əyləncə mərkəzinin qarşısında baş verən dava-dalaşdan sonra tərəfləri ətrafdakı şəxslər sakitləşdiriblər. Lakin Namaz Qurbanov söhbəti davam etdirmək üçün digər avtomobili təqib etməyə başlayıb. O, svetaforda Azərin sürdüyü maşına çataraq ondan yerə düşməsini tələb edib.
Bakıdakı məşhur gözəllik salonlarından birində bərbər işləyən Azər ifadəsində deyib:
“18 iyun 2021-ci il tarixdə axşam 19-20 radələrində bibim oğlu İlkin ilə Nobel prospektində olan “Meqafon” əyləncə mərkəzinin yaxınlığına gəlmişdik. A.Zeynalov küçəsində avtomobili yolun kənarında saxladım, İlkin ilə avtomobildən düşüb yaxınlıqda olan mağazadan siqaret alıb avtomobilə qayıtdım. Mən sükanı arxasında, İlkin isə qabaq sağ oturacaqda əyləşdi. Bu zaman sağ tərəfimdə qara rəngli “BMW” markalı avtomobil dayandı. Həmin vaxt İlkin tərəfdə olan pəncərə endirili idi. Adının sonradan Namaz olduğunu bildiyimiz şəxs İlkinə və ona dedi ki, “nə baxırsız boylanırsız”. Mən və İlkin Namaza onun avtomobilinə baxmadığımızı dedik. Lakin Namaz söyüş söyməyə başladı və dedi ki, “mənə yol göstərirsiz siz deyirəmsə baxmısız baxmısız”. Namazdan xahiş etdim ki, söyüş söyməsin. Namaz bizə avtomobildən düşməyimizi dedi. Mən və İlkin avtomobildən düşdükdən sonra Namaza təklif etdik ki, “avtomobilində xanım var, xanımı apar, nömrəmi verəcəm gələrsən söhbət edərik”. Lakin Namaz dahada əsəbləşib ucadan söyüş söydü və onun söyüş səslərinə ətrafdan tanımadığı çoxsayda şəxslər toplaşdı. Namaz heç bir səbəb olmadan təpiklə və yumruqla başımdan və bədənimdən ardıcıl zərbələr endirdr. Belə ki, yumruqla başımdan, təpiklə isə bədənimdən vurdu. Eyni zamanda Namaz söyüş söyürdü. Bibim oğlu İlkin və oraya toplaşan şəxslər Namazı araladılar. İlkin sakitlik yaratmaq istədikdə Namaz sonuncunu da vurdu. Namazı sakitləşdirmək olmurdu, mənim telefon nömrəmi itədi, mən də nömrəmi verdim. Namaz idarə etdiyi avtomobilə əyləşib bildirdi ki, arxasınca gələk. Mən İlkinlə idarə etdiyim avtomobilə əyləşdim və oradan uzaqlaşdıq. Namazdan yayınmaq məqsədi ilə avtomobili başqa istiqamətdə idarə etdim. Yolla gələn zaman Afiyəddin Cəlilov küçəsinin sonunda işıqforda avtomobili saxlamalı oldum. Həmin vaxt avtomobilin güzgüsünə baxdıqda Namazın qaçaraq gəldiyini və avtomobilini yolun ortasında saxlamasını gördük. Namaz avtomobilinin yanına çatdıqda pəncərəni endirdim. Namaz pəncərədən yumruqla bir neçə dəfə ardıcıl üzümdən zərbə ilə vurdu. Özümü müdafə etmək üçün əllərimi üzünə tutdum və qapını açaraq düşdüm. Yolla hərəkət edən avtomobillərin hərəkəti dayandığı üçün avtomobillərdən tanımadığımız çoxlu şəxslər düşərək bizi tutdu. Lakin Namaz həmin şəxslərin əlindən çıxaraq yolun ortasında saxladığı avtomobilinin arxa yük yerindən bir ədəd taxta bita (dəyənək) götürərək üzərimizə gəldi. Həmin vaxt İlkin də avtomobildən düşdü və sakitlik yaratmaq istədi. Namazın dəyənəklə üzərimizə gəlməsini görüb İlkin ilə qaçdıq, avtomobil isə işıqforda qaldı. Kənardan dayanıb baxdıqda gördük ki, Namaz bita ilə idarə etdiyim avtomobilin sağ tərəf güzgüsünü vuraraq sındırır və söyüş söyür. Namazı orada olan şəxslər tutub avtomobildən kənara apardılar. Namaz idarə etdiyi avtomobilə əyləşən zaman İlkin ilə qayıdıb maşına əyləşdik”.
Zərərçəkən şəxs əlavə edib ki, hadisədən sonra dərhal avtomobili idarə edib oradan uzaqlaşıb: “Yolda mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdik.
Məhkəmədə məlum olub ki, dəymiş ziyan artıq ödənilib və tərəflər barışıblar.
Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda təqsirləndirilən şəxsin 1 il 6 ay müddətinə şərti cəzaya məhkum edilməsinə hökm edilib.
Muxtar
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO