Kriminal
Bakıda dəhşətli hadisə: Çəkiclə arvadının başına dəfələrlə vuraraq... - YENİLƏNDİ
Oktyabrın 25-də Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Publika.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1957-ci il təvəllüdlü Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
*****
09:44
Bakıda kişi arvadını qətlə yetirməyə cəhd göstərib.
Publika.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi 13 ünvanındakı çoxmənzilli binada baş verib. Orada yaşayan Namazov Sərdar Yunus oğlu çəkiclə həyat yoldaşı Namazova Gülnarə Oruc qızının başına çoxsaylı zərbələr endirib.
Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən ər tutulub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb, araşdırma aparılır.
Nizam
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)




























.jpg)

.jpg)