Kriminal
Azərbaycanda gecə saatlarında şadlıq evinə basqın edən şəxs yaxalandı - FOTO
Oğuz rayonu Qumlaq kəndində yerləşən “Ülvi” şadlıq sarayından oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan televizor, nasos, enerji və spirtli içkiləri, eləcə də kassada olan pulu oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, oğurluq hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.
“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Şirvanlı kənd sakini, əvvəllər də məhkum olunmuş Rəhman Hümbətov olduğu müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. R.Hümbətov hadisə zamanı sərxoş olduğunu bildirib və oğurladığı əşyaları yaşadığı ünvanda gizlətdiyini, pulu isə xərclədiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.

-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































