Kriminal
Kafedə musiqi səsinə görə qətl törədən Rəşadla bağlı YENİ XƏBƏR
03 aprel 2016-cı il tarixdə Rusiya Federasiyasının Lipetsk vilayətinin Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitalyeviçin öldürülməsi faktı ilə bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini İsayev Rəşad Sərdar oğlu tərəfindən törədilməsi müəyyən edildiyindən, cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilib.
Nərimanov rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, istintaqla müəyyən edilib ki, Rəşad İsayev 03 aprel 2016-cı il tarixdə saat 01:00 radələrində Rusiya Federasiyası, Lipetsk vilayəti, Lebedyan şəhəri, Turqenev küçəsi 30 ünvanda yerləşən “Veqas” kafesinin qarşısında tanışları ilə hərəkətsiz vəziyyətdə olan avtomobilin salonunda işlək vəziyyətdə olan maqnitofonda ucadan ifa olunan mahnıların müşaiyəti ilə avtomobilin yanında rəqs edərkən, həmin vaxt “Veqas” kafesinə müştəri kimi gəlmiş Aleksandr Bessonovun musiqi səsinin yüksək olması ilə əlaqədar onlara iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Aleksandr Bessonovun sağ ayağına xuliqanlıq niyyətilə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, nəticədə Aleksandr Bessonov aparıldığı xəstəxanada ölüb.
Rəşad İsayevin yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən 06.12.2021-ci il tarixdə ona Cinayət Məcəlləsinin 12.1, 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan olunmuş və cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)




























.jpg)

.jpg)