Kriminal
DƏHŞƏTLİ QƏTL: kriminal avtoritet ailəsinin gözü qarşısında GÜLLƏLƏNDİ
Şənbə günü axşam saatlarında Gürcüstan vətəndaşı Afinada həyat yoldaşı və uşağının gözü qarşısında güllələnərək öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə "Proto Theme" qəzeti məlumat yayıb.
Bildirilib ki, yerli bolis bunu sifarişli qətl hesab edir.
Qəzetin yazdığına görə, 41 yaşlı kişi şənbə günü gecə ailəsi ilə birlikdə evə qayıdarmış və evin yaxınlığında gənc qızı və arvadının gözü qarşısında güllələnib. Qurbanın başına dəyən güllə də daxil olmaqla, cinayətkar azı dörd-beş atəş açıb.
Hadisə yerindən bir neçə patron tapılıb. Qətl Mosxato rayonunda baş verib.
"İlk məlumat hesablaşmalardan danışır. Ola bilsin ki, qətlin sifarişi xaricdən olub", - qəzet yazır.
Qurbanın qonşuları ailəni tanıdıqlarını deyirlər, çünki ailə hər bazar günü kilsəyə gedirdi. Bununla belə, onlar 41 yaşlı kişini qonşularla təmasdan yayınan “qaraqabağ" və "qapalı" bir insan kimi təsvir edirlər. Son üç-dörd ildir ki, bu evdə yaşayırlar.
KİV-in məlumatına görə, zərərçəkmiş şəxs əvvəllər də oğurluğa görə cinayət məsuliyyətinə cəlb edilib.
MEGA telekanalı gürcü mətbuatına istinadən xəbər verir ki, öldürülən gürcü mafiyasının üzvü olub və Şotiko ləqəbi ilə tanınır.
MEGA xəbər verir ki, qətl, çox güman ki, Tbilisi və Kutaisi mafiyası arasında baş verən “razborka” ilə bağlıdır.
Hüseyn
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)




























.jpg)

.jpg)