Kriminal
Azərbaycanda 22 yaşlı oğlanı güllələyib öldürən şəxslə bağlı YENİ XƏBƏR
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Yardımlı rayonunda qətl törətməkdə təqsirləndirilən Asif Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Publika.az xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 12-də rayonun Arvana kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü A.Ağayevlə həmkəndlisi, 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında mübahisəsi yaranıb. Nəticədə o, həmkəndlisinin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq qətlə yetirib.
A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəili sürülüb.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...









.jpg)







.jpg)















.jpg)
.jpg)

