Kriminal
Arvadını maşınla vurub, sonra bıçaqlayan iş adamına cəza təyin edildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində bu il martın 27-də arvadını qətlə yetirən 1977-ci il təvəllüdlü iş adamı Mehman Süleymanova hökm oxunub.
Publika.az xəbər verir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli kəndində baş verib. M. Süleymanov xalası qızı - 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə 2003-cü ildə ailə həyatı qurub. Həmin evlilikdən onların 3 övladı dünyaya gəlib.
M. Süleymanovun sözlərinə görə, evli olduqları müddətdə ailədaxili söz-söhbətləri olub və bu, əsasən qısqanclıq zəminində baş verib:
“2019-cu ilə qədər aramızda ciddi bir münaqişə olmamışdı. 2017-ci ildə Əfsanə təkidlə işləmək istədiyini dedi. Həmin vaxt Yeni Yasamalda yaşayırdıq. Avtomobilimi satıb yaşadığımız binanın altından şirniyyat sexi açdım. Əfsanə həmin şirniyyat sexini təxminən 1 il işlətdi, sonra bezib bağladı. O, sexi işlətdiyi vaxtlarda qaynımın arvadı ilə münasibətimin olmasını bəhanə gətirib mübahisə yaradırdı. 2019-cu ildə olan mübahisələrin birində qayçı götürüb Əfsanənin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurdum. Həmin fakta görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edildim. Sonra həmin cəza 2 il sınaq müddəti ilə əvəz edildi.
Əfsanə ilə barışdıq, Yeni Yasamaldakı evi satıb Masazır qəsəbəsində ev aldım”.
İfadəsinin davamında Mehman Süleymanov bildirib:
“Baldızım - Əfsanənin bacısı Nurtəkin zəng edib sexləri üçün masa hazırlamağı xahiş etmişdi. Həmin gün onların işlətdiyi şirniyyat sexinə getmişdim. Axşam evə gələndə Əfsanə Nurtəkingilin sexinə getdiyim üçün onunla münasibətimin olduğunu deyib dava çıxardı. Qaynanam və digər baldızım da həmin vaxt evdə idi. Əsəbiləşib evdən çıxdım, Goranboydakı ata evimə getdim, bir neçə gün orada qaldım. Bakıya qayıdanda Əfsanə yenə evdə bacılarıma maddi yardım etdiyim üçün mübahisə yaratdı.
Uşaqlarımı mənə qarşı öyrədirdi. Evdə 10 gün bir-birimizi danışdırmırdıq. Ortancıl oğlum zəng etdi ki, anası evdən gedib. 2021-ci ilin aprel ayları idi. Uşaqlar da onun yanına getdilər”.
Müttəhimin sözlərinə görə, Əfsanə Məmmədova evdən çıxaraq kirayədə yaşamağa başlayıb:
“Bakıxanov qəsəbəsində kirayədə yaşadıqlarını öyrəndim. Evə qayıtmalarını deyəndə böyük oğlum bildirdi ki, qayıdacaqlar. Lakin sonra ünvanı dəyişib başqa evə köçdülər. Daha sonra əlaqə saxlamadım.
Evdən getdikdən sonra Əfsanənin yaşayış tərzi, yəni “Instagram” sosial şəbəkəsində gəzdiyi yerlərin şəklini paylaşması, bundan başqa, Nurtəkinin oğlu Həsənin sözünə görə, “iPhone 12” markalı telefon işlətməsini, kürk geyinməsini, işləmədən kirayədə qalmasını düşündükdə bu qənaətə gəlmişdim ki, yəqin kiminləsə münasibətdədir. Buna görə də Əfsanəni gördüyüm yerdə öldürmək qərarına gəlmişdim. Bunu yaxınlarının yanında da demişdim”.
M. Süleymanov ifadəsində bildirib ki, bu il martın 18-də qaynı Mehmanla birgə Ağdaş şəhərinə - bacısıgilə qonaq gedib:
“Baldızım Nurtəkin zəng edib Bakıya nə vaxt qayıdacağımı soruşdu, oğlu Həsəni Goranboydan Bakıya aparmağımı xahiş etdi. Həsəni Ağdaşa yanıma göndərdi. Sonra yenə zəng edib qızı Ləmanı da Goranboydan götürməyimi dedi. Ağdaşdan çıxanda yolda Həsən uşaqlarımın və Əfsanənin də Dəliməmmədli kəndində olduğunu dedi. Həsənə dedim ki, anana zəng vur, qoy oğlum Nicatı da qapının ağzında çıxartsın. Ancaq Nicat buna razılaşmayıb.
Dəliməmmədliyə çatanda Nurtəkin və Əfsanənin dəmiryoluna tərəf getdiklərini gördüm. Avtomobillə onların qarşısını kəsdim. Maşından düşüb Əfsanəyə yaxınlaşmaq istəyirdim, ona veriləcək suallarım vardı. Qaynım Mehman və baldızımın oğlu Həsən də yanımda idi. Əfsanə məni görən kimi əsas yola tərəf qaçmağa başladı. “Land Rover”i Əfsanənin ardınca sürdüm. Maşınla onu vurdum. Zərbənin təsirindən o, havaya uçdu və əvvəlcə avtomobilin kapotuna, sonra yerə düşdü. Maşındakı bıçağı götürdüm, Əfsanənin yerdə huşsuz vəziyyətdə olduğunu görüb sol tərəfinə bir neçə dəfə zərbə endirdim. Sonra yoldan keçən tanımadığım avtomobilə əyləşib polisə aparmağını xahiş etdim və könüllü təslim oldum”.
Məhkəmənin hökmünə əsasən, M. Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinib. Onun barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. (Yenisabah.az)
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi