Kriminal
"Sədərək"də döyülərək 30 min manat pulu oğurlanan sahibkar kimdir?
Xəbər verdiyimiz kimi, "Sədərək" ticarət mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 min manat pulu ələ keçirilib. Hadisə noyabrın 11-də qeydə alınıb. Naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 min manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.
Publika.az xəbər verir ki, faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Polis Şakir Ağayevə xəsarət yetirən şəxs və yaxud şəxslərin axtarışını həyata keçirir. Artıq 3 gündür ona xəsarət yetirərək qulduruluq edən şəxslərin axtarışı istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Ticarət mərkəzində əksər müşahidə kameraları yoxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, Şakir Ağayev uzun müddətdir biznes fəaliyyəti ilə məşğuldur. O, 2021-ci ildə dekabr ayı üzrə koronavirus pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında da yer alır.
Şakir Ağayevin Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 700 kv.metr olan 2 mərtəbəli ticarət obyekti də var.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































