Alimpaşa Məmmədov sahibkarlardan nə qədər rüşvət alıb? - ŞOK MƏBLƏĞLƏR
Bizi izləyin

Kriminal

Alimpaşa Məmmədov sahibkarlardan nə qədər rüşvət alıb? - ŞOK MƏBLƏĞLƏR

Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayon ərazisində fəaliyyət göstərən sahibkarlardan aldığı rüşvətlərin miqdarı açıqlanıb.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan iclasda çıxış edən prokuror elan edib.

İttihama görə, Alimpaşa Məmmədov Dəllər qəsəbəsi, “Kraz yolu” adlanan ərazidə sahibkarlıq məqsədilə 0.12 hektar torpaq sahəsinin 180 kvadratmetr hissəsində qeyri-yaşayış binasının tikintisinin icazə verilməsinə görə, Xəyal Məmmədovdan onun göstərişini icra edən birinci müavini Qüdət Əliyev vasitəsi ilə şəxsən özü üçün 2015-cilin iyununda 12 min manat rüşvəti xidməti otağında alıb.

Bundan əlavə, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində sahibkarlıq məqsədilə 473 kvadırtmet sahəsi olan qeyri-yaşayış binasında tikinti işlərinin aparılmasına icazə verilməsinə görə, eləcə də xidmət ezrə ümumi himayədarlıq müqabilində Dilqəm Məmmədovdan onun göstərişlərini icra edən Şəmkir rayon icra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Ramiz Rəhimov vasitəsilə şəxsən özü üçün 2016-cı ilin martında 50.000 manat rüşvət alıb.

Daha sonra o, Şəmkir rayonu ərazisində sahibkarlıq məqsədilə 0,37 hektar torpaq sahəsinin icarəyə verilməsinə görə, Elşən Hüseynovdan həmin ilin martında 6.000 manat rüşvəti xidməti otağında alıb.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir şəhəri, Nizamı küçəsi 2 ünvanında yerləşən ərazidən “Sipark Şəmkir’’ MMC-yə torpaq sahəsinin ayrılmasına görə, MMC-nin sahibi Seymur İsayevdən 16 avqust 2018-ci ildə ümumi dəyəri 677.250 manat təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində “Evrostroy S.S" MMC tərəfindən inşa edilən “SIPARK" yaşayış kompleksində sahəsi 103 kvadrat metr olan 231 saylı və sahəsi 212 kvadrat metr olan 232 saylı mənzilləri Nicat Hüseynlinin adına rəsmiləşdirib.

Bundan əlavə, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində 0.02 hektar torpaq sahəsinin ayrılmasına görə Sevan Bayramovadan birinci müavini Qüdrət Əliyev vasitəsilə şəxsən özu üçün 2019-cu ilin yanvarında 3.000 manat alıb.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir-Gədəbəy avtomobil yolunun kənarında yerləşən 100 kvdrat metr ərazidə sahibkarlıq fəaliyyəti məqsədilə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə görə Tural Muradovdan 2019-cu ilin aprelində 13.000 manat, Təzəkənd kəndi Füzuli qəsəbəsində 03418 hektar torpaq sahəsində sahibkarlıq fəaliyyəti məqsədilə yüngül konstruksiyadan ibarət talvar qurğusunun quraşdırılmasına icazə verilməsinə görə, Arifə Vəliyevadan 3.000 manat alıb.
O, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 115 ünvanında 0.15 hektar torpaq sahəsinin ayrılmasına icazə verilməsinə görə, Vahid Rüstəmovdan 2019-cu ilin iyun ayında 125.000 manat alıb.

Daha sonra Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşən 220 kvadert metr torpaq sahəsinin ayrılması və sahibkarlıq fəaliyyəti məqsədilə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə görə, Qənirə Qədimovadan 2019-cu ilin sentyabrında 5.000 manat alıb.
Bundan əlavə, Alimpaşa Məmmədov Aşağı Seyfəlli kəndində yerləşən 2,524 hektar torpaq sahəsinin 1 hektarlıq hissəsində sahibkarlıq məqsədilə yüngül konstruksiyadan ibarət talvar və köməkçi qurğuların quraşdırılmasına icazə verilməsinə görə, Rafiq Mehtixanlıdan 2020-cı ilin martında 10.000 manat alıb.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir şəhəri ərazisində yerləşən 500 kvadrt metr torpaq sahəsində kənd təsərrüfatı məqsədilə yııngul konstruksiyadan ibarət talvar quraşdırılmasına icazə verilməsinə görə, Qəməndər Babakişiyevdən 5.000 manat alıb.
Eləcə də Alimpaşa Məmmədov Şəmkir rayonunda torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində sahibkarlıq məqsədilə tikinti işlərinin aparılmasına icazə verilməsinə görə, İntizam Yusfovdan 2020-ci ilin noyabrında 25.000 manat alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm