Kriminal
Sabiq icra başçısı təkcə buna görə 71 min manat MƏNİMSƏYİB
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, hakim Natiq Əliyevin sədirliyi ilə baş tutan prosesdə kommunal sahədə baş verən qanun pozuntuları ilə bağlı ifadələr dinlənilib.
Məlum olub ki, kommunal sahədə çalışan işçilərin yaxın ətrafının adına saxta bank kartları açılıb. Hansı ki, adıçəkilən şəxslərin heç biri işə cəlb edilməyib.
Həmin insanların adları sadəcə, formal olaraq yazılıb. Bəzi hallarda isə adlarına kart hesabı açılan şəxslər ancaq məhkəmədə bu faktı öyrənib.
Budəfəki prosesdə 10-dan artıq şahid dindirilib. Bir çox hallarda kommunal sahədə çalışanlar üçün ayrılan geyim dəstləri, müxtəlif mal-materiallar da sadəcə, qaimələrdə göstərilib.
Məhkəmədə Alimpaşa Məmmədov tərəfindən Mənzi-Kommunal İstismar İdarəsinin rəisi təyin edilən, hazırda isə rayon İcra Hakimiyyətində çalışan Teymur Hacıyevin və vaxtilə onun tabeliyində olan şəxslərin ifadələri də alınıb.
Bəlli olub ki, sürücü qismində siyahıda 10 əvəzinə, 19 sürücü göstərilib. Beləliklə hər il say süni şəkildə artırılıb. Nəticə etibarı ilə təkcə bu epizod üzrə dövlət büdcəsinə 71 min manat ziyan vurulub.
Bundan əlavə texnikaların nəzərdə tutulan ərazilərdə işləməməsi, daha dəqiq desək, Şəmkir rayonuna aid olmayan Ceyrançöl ərazisində istifadə edilməsi kimi faktlar da ortaya çıxıb. Teymur Hacıyev belə bir göstərişi hazırda İcra Hakimiyyəti başçısının köməkçisi işləyən Mahir Əliyevdən aldığını deyib. Bundan əlavə Alimpaşa Məmmədova məxsus olan “21-ci Əsr” şirkəti də kommunal sahəyə cəlb edilib. Beləliklə yanacaq və avtomobillərin ehtiyat hissələri üçün ayrılan vəsaitlər bu şirkətə yönləndirilib.
Məhkəmə prossesi təxminən 3 saatdan artıq davam edib. Bu fakt üzrə şahidlərin dindirilməsi növbəti prsesdə də davam etdiriləcək.
Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin (mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.2 və təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. ("Qafqazinfo")
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO