Kriminal
Çayxanada "vorzakon" söhbəti: Çaynikin lüləyinə görə ofisiantın başına külqabı çırpdı
Qubada qadın qarşı xuliqanlıq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhəri Timirzayev qəsəbəsində baş verib.
Quba sakini, 1977-ci il təvəllüdlü Elvin Abduləzizov (soyadlar şərtidir) daimi müştərisi olduğu “480” adlı çay evində ofisiant xanıma qarşı xuliqanlıq edib.
Belə ki, o, Nəzirə adlı qadının gətirdiyi çaynikin lüləyini onun istiqamətdə qoymasına irad bildirərək mübahisə edib. Sərxoş halda olan şəxs özündən çıxaraq masadakı külqabını qadının başına çırpıb.
Barəsində Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanılan Elvin bildirib ki, Nəzirə daha əvvəl də çaynikin lüləyini ona tərəf qoyub və həmin vaxt ona irad bildirib:
“Axşam saatlarında Timiryazev qəsəbəsindəki “480” adlı çay evinə gedib 5-6 bakal pivə qəbul eləmişdim. Sonra çay sifariş etdim. Bu zaman Nəzirə stola yaxınlaşıb çayniki masanın üzərinə qoydu, çaynikin lüləsini mənə tərəf çevirdi. Mən də Nəzirəyə “çaynikin lüləsini mənə tərəf qoyma” dedim. Nəzirə heç nə demədən masadan uzaqlaşıb getdi. Həmin günü axşam saatlarında çay evini işlədən Aynur adlı xanıma "whatsap"la ismarıc yazıb bundan sonra mənə Nəzirənin deyil, Ayan adlı işçinin qulluq eləməsini dedim. Bundan 1 gün sonra yenidən çay evinə getdim, 2-3 bakal pivə içdim, bir qədər oturduqdan sonra tanımadığım şəxslərin təklifinə əsasən onların masasına əyləşdim, onlarla spirtli içki qəbul etdim. Həmin günü saat 17 radələrində işim olduğundan kafedən çıxıb getdim. Bir qədər keçdikdən sonra Aynur onunla əlaqə saxlayaraq bir qədər öncə yanında oturduğum şəxslərin hesabın mənim ödəməli ölacağımı deyərək getdiklərini bildirdi. 15-20 dəqiqə sonra həmin çay evinə qayıtdım. Bir qədər sonra Nəzirə çay gətirdi, çayniki masanın üzərinə qoydu, lüləsini yenə də mənə tərəf çevirdi. Nəzirəyə “çayı Ayanın gətirməyini istəmişdim. Sən niyə mənim stoluma qulluq edirsən?” deyə soruşdum. O da cavabında “Ayan başqa stola baxır, ona görə mən qulluq edirəm”, dedi. Ona “dünən sənə demişdim axı çayniki lüləsini mənə tərəf qoyma” dedim. Nəzirədə da qışqırıb “mən vorzakon deyiləm, avtoritet deyiləm, mən nə bilim çayniki sən tərəfə qoymaq nə deməkdi” dedi”.
Bundan sonra tərəflər arasında münaqişə olub və çoxsaylı müştərilərin içində Elvin masadakı külqabını götürərək Nəzirənin başına çırpıb və ona xəsarət yetirib.
Hadisə ilə bağlı açılmış cinayət işinə bu ilin yanvarında Quba rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 2 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika13 May 16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13 May 16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq









.png)



.jpg)





.jpg)







.jpg)







.jpg)

