Evdə silah gizlədən şəxs saxlanıldı
Bizi izləyin

Kriminal

Evdə silah gizlədən şəxs saxlanıldı

Evdə silah gizlədən şəxs saxlanıldı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah saxlayan A.Məmmədli saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən tapança aşkarlanıb. Saxlanılan şəxs silahı tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm