Kriminal
“Özümü lüt görüb bıçağa əl atdım” - Sevgilisini öldürmək istəyən qız
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29,120.2.9-cu (ölümə cəhd) maddələri ilə təqsirli bilinən Vəliyeva Səbinə Mahir qızının məhkəməsinin ilkin baxış iclası keçirilib.
Publika.az unikal.org-a istinadən xəbər verir ki, ilk olaraq hakim sözü ittiham aktını elan etmək üçün dövlət ittihamçısı Orxan Kəngərliyə verib. İttiham aktına görə, məlum olub ki, Səbinə Vəliyeva yuxudan oyananda özünü lüt vəziyyətdə görüb və bunun Fərid tərəfindən törədildiyini bildiyi üçün ona bir neçə bıçaq zərbəsi endirib.
Təqsirləndirilən şəxs Səbinə Vəliyeva özünü qismən təqsirli bilib.
İttiham aktına görə, Səbinə Vəliyeva bu ilin yanvar ayında Suraxanı rayonunda kirayə qaldığı mənzildə qeyri-rəsmi yaşadığı Fəridə yatdığı yerdə bir neçə bıçaq zərbəsi vurub. Belə ki, hər iki şəxs içkili olub və gecə cinsi əlaqədə olublar.
Səhər qız yuxudan oyananda özünü lüt vəziyyətdə görüb və axşam olanlar tamam yadından çıxıb. Və qisas almaq məqsədi ilə bıçağa əl atıb.
Qeyd edək ki, 18 yaşı təzə tamam olmuş Səbinə əslən Qazax rayonundandır və valideyinlərindən küsərək Bakıya qaçıb və Fəridlə tanış olaraq onunla bir yerdə yaşamağa başlayıb.
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu



























_(1).jpg)









