Maral bildi, qohumunu güllələdi: Məktəbli qız ov zamanı ağır yaralandı
Bizi izləyin

Kriminal

Maral bildi, qohumunu güllələdi: Məktəbli qız ov zamanı ağır yaralandı

Maral bildi, qohumunu güllələdi: Məktəbli qız ov zamanı ağır yaralandı

Malayziyada ov zamanı dəhşətli hadisə baş verib. 40 yaşlı kişi heyvan zənn etdiyi hədəfə atəş açaraq öz qohumu olan məktəbli qızı yaralayıb.

Publika.az xəbər verir ki, hadisə zamanı məktəbli çay kənarında balıq tutur və qurbağa axtarırmış. Bu vaxt onun 40 yaşlı qohumu kustar üsulla hazırladığı ov tüfəngini götürərək ova çıxıb.

Kişi çayın yaxınlığında parıldayan bir nöqtə görüb. Onun maralın gözləri olduğunu zənn edərək atəş açıb. Lakin atəşdən dərhal sonra insan qışqırtılarını eşidib. Hadisə yerinə yaxınlaşanda məktəbli qohumunu yaraladığını görüb.

Həkimlər məktəblinin bədənində təxminən 13 yara aşkarlayıblar. Bundan başqa, onun sol biləyinin sındığı müəyyən edilib. Yaralı əvvəlcə yerli klinikaya, daha sonra rayon xəstəxanasına aparılıb. Sonradan isə Kota-Kinabalu şəhərindəki Kraliça Elizabet adına tibb mərkəzinə köçürülüb.

Polis hadisə ilə bağlı ovçunu saxlayıb. İstintaqın versiyasına görə, kişi atəş açdıqdan sonra tüfəngi meşəyə atıb. Silah hələ də tapılmayıb. Hazırda polis və kriminalistlər onun axtarışlarını davam etdirirlər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm