Nida Xəbər
Hərbi müəllimlər üçün NATO proqramı üzrə təlim başa çatdı
Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün treninq təşkil olunub.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqrama uyğun olaraq keçirilən “Müəllimlərin təkmilləşdirilməsi treninqi”ndə “Aviasiya ingilis dili” və “Dənizçilik ingilis dili” kurslarının növbəti modulları başa çatıb.
Treninq müddətində iştirakçılara tədris prosesinə müasir yanaşmalar, dərslərin səmərəli təşkili, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması, eləcə də müəllim-kursant münasibətlərində səmərəli ünsiyyətin qurulması ilə bağlı məlumatlar verilib.
Sonda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.
-
Səhiyyə20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK







.jpg)










.jpg)



















.png)

