Dəb
Məşhurlar dəbdəbəli ziyafət libaslarında göz qamaşdırdı - FOTO
Dünən Londonun Albert sarayında Britaniya dəbində ən əhəmiyyətli illik tədbir - "The Fashion Awards" mükafatlarının təqdim olunma mərasimi keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə dünyanın dörd bir tərəfindən gələn ulduzlar iştirak edib.
Onlar arasında İrina Şeyk, Rihanna, Culiya Roberts, Keyt Blanşet, Naomi Kempbell, Aleksa Çanq, Corcio Armani, Donatella Versaci, Kayli Minoq, Emiloya Klak, Rita Ora, Tom Kruz və bir çox başqa məşhurlar olub. Qırmızı xalı qarşısında poza verən ulduzlar gecə üçün olduqca dəbdəbəli libaslar seçib.
Son 12 ayda yaradıcılıqları ilə peşəkar üfüqlərini genişləndirən moda sənayesinin nümayəndələri müxtəlif nominasiyalar üzə mükafatlandırılıb.
Bu ilin qalibləri arasına 31 yaşlı müğənni Rihanna da daxil olub. O, son bir il ərzində modada yeniliyə imza atıb. Mükafatın təşkilatçıları onun "Fenty" markasının qısa müddətdə sıçrayış etdiyini xüsusi vurğulayıb.
Britaniya Moda Şurasının tərtib etdiyi qaliblərin siyahısı belədir:
"İlin modeli"
Adut Akeç
"Şəhərin lüks markası"
"Fenty"
"Biznesin idarəolunması"
Remo Ruffini (Moncler)
"İlin markası"
"Bottega Veneta"
"Yüksələn ingilis ulduz" (kişi geyimləri)
Betani Uilliams
"İlin ingilis dizayneri" (qadın geyimləri)
Daniel Li (Bottega Veneta)
"İlin dizayneri" (aksessuarlar)
Daniel Li (Bottega Veneta)
"Dəb ikonası"
Naomi Kampbell
-
Digər13:1525 nəfər məktəbdəki partlayışın qurbanı oldu - 50-yə yaxın yaralı var
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal















.jpg)









.jpg)











