Dəb
İkinci əl geyim mağazalarının pandemiyadan sonrakı vəziyyəti necə olacaq?
Pandemiyadan sonra ikinci əl geyimləri satan iri veb saytlar çiçəklənsə də, kiçik mağazalarda vəziyyət fərqlidir. Pandemiyadan əvvəl Los Ancelesdə yaşayan Lori Sigelman adlı bloger üçün belə yerlərdə gəzinti bir növ gündəlik ritual idi.
Publika.az xəbər verir ki, bloger pandemiyadan dolayı ikinci əl geyim mağazalarında durğunluq yaşandığını bildirib. Bir çoxları gigiyena ilə bağlı narahatdır, amma Lori öz araşdırmasında bu qənaətə gəlib ki, virus səthdə uzun müddət qalmır, odur ki, bu cür alış-veriş müəyyən yoluxma riski daşımır. Dünyada bu cür alıcılar çoxdur: koronavirus qorxusu onları sərfəli təklif, ikinci əl geyim və aksessuarlardan imtina etməyə məcbur etməyəcək.
Venesiyada yaşayan Mişel Plantin isə karantin zamanı bir neçə vintaj məhsulu onlayn sifariş edib. O əmindir ki, bu cür alış-veriş mağazaya getməklə müqayisə oluna bilməz. “Mağazaları gəzib paltar axtarmaq sehrli anlardır. Xüsusilə vintaj məhsullardan söhbət gedirsə, parça və keyfiyyəti yoxlamaq çox vacibdir və bu onlayn mümkün deyil”, - o, açıqlamasında qeyd edib.
Bununla birlikdə markalar illər boyu sistemlərini dəyişdirdikcə ölçü ilə bağlı problemlər yarana bilər.
Sirr deyil ki, pandemiya hətta dünyanın ən böyük markalarına ziyan vurub, kiçik müəssisələrin itkisi haqqında danışmağa ümumiyyətlə dəyməz. Bütün dünyada satışlar çox aşağı düşüb, lakin vintaj butiklərin sahibləri normal satışlara qayıtmaq ümidini itirmir, amma artıq yeni reallıqda.
Aytən Məftun
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman24 İyul 16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 24 İyul 14:38Baş nazir qərar imzaladı










.jpg)

.jpg)





.jpg)





















