Dəb
Cennifer Lopez göz qamaşdırdı - FOTO
Həftəsonu Venesiyada bəlkə də mövsümün ən möhtəşəm şousu baş tutdu: “Dolce & Gabbana Alta Moda Kuturye” dəfiləsi. İtalyan dizaynerlərin kolleksiyalarının daimi motivi olan Bizans məbədi mozaikasının naxışları və tikmələri bu dəfə dəfilənin əsas fəlsəfəsini təşkil edirdi. Açıq havada keçirilən şounun sonunda leysan yağsa da, Vivaldinin “Qış” əsəri ilə müşayiət olunan final bulud və göy gurultusu fonunda xüsusilə təsirli görünüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qarşıda hələ kişilər üçün “Alta Sartoria” şousu var və əminik ki, qonaqlar onu da səbirsizliklə gözləyirlər. Qonaqlardan söz düşmüşkən, Cennifer Lopez, Şeron Stoun, Helen Mirren, Haydi Klum, Ledi Kitti Spenser, Monika Belluççi, Leni Klum və başqaları şounun əsas ulduzları olub.
C.Lopez dəbdəbəli tərzi ilə bu dəfə də diqqət mərkəzində dayanmağı bacarıb. Lakin tərz baxımından Helen Mirrenin obrazı Cey Lonun geyimi ilə rəqabət apara bilər: Əfsanəvi aktrisa qızıl korsetli, barokko naxışlı krinolinli və şəffaf şifon qollu “Dolce & Gabbana” libasında şouya gəlib.
Şahzadə Diananın qardaşı qızı, İtalyan markasının uzun müddət elçisi olan Ledi Kitti Spenser daha təvazökar bir obraz seçib: muncuq və qaşlarla işlənmiş midi uzunluğunda krem rəngli paltar və ayaqqabı.
Monika Belluççi sadəliyə üstünlük verib: aktrisa qara geyimdə kameralar qarşısına çıxaraq poza verib. Yeri gəlmişkən, dəfilənin modelləri arasında ulduzun qızı Deva Kassel də olub.
View this post on Instagram
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)



















.jpg)




