Dəb
Məşhur modelyer AÇIQLADI: Pələng ilində bunu geyinmək olmaz
“Geyim insanın tələbatlarının siyahısında qida ilə paralel olaraq birinci yeri tutur. Hər xalqın öz zövqü, rəng seçimi və duyumu var. Hesab edirəm ki, Azərbaycan alıcısının da, dəbsevərlərinin də özünəməxsus zövqləri var. Xanımlarımızın tərzini çox bəyənirəm, böyük əksəriyyət çox zövqlə geyinir. Son zamanlarda ən yeni tendensiyalara uyğun olaraq öz qarderoblarını formalaşdırırlar, dəb prosesi inkişaf edir, çox sayda mağazalar, butiklər və moda evləri fəaliyyət göstərir”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova deyib.
Azərbaycanda dəb dünyasının dinamikasından söz açan sənətçi qeyd edib ki, pandemiya hamıya təsir göstərdiyi kimi, moda sahəsindən də yan keçməyib.
Xarıbülbül çiçəyinin vəsfinə çox müraciətlər olunur
“Ona görə ki, moda evləri daha çox gecə libasları tikirlər, bu geyimlər toylar, ad günləri şənlikləri və ya xınayaxdı mərasimləri üçündür. İndi yavaş-yavaş vəziyyət bərpa olunur, demək olar ki, Azərbaycan dəb sənayesinin artıq bir çox brendi var ki, onlar çox ciddi fəaliyyət göstərirlər. Çox sevinirəm ki, onların işçi heyəti və bir çox markaların sahibləri öz tələbələrimdir. Mən 15 ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsində Tətbiqi incəsənət kafedrasında dərs deyirəm, bilavasitə dəb texnologiyasını tədris edirəm. Bu gün bu sektora böyük tələbat və ehtiyac var.
Nəzərə alsaq ki, bu il bizim zəfər ilimizdir, Qarabağ mövzusuna, Xarıbülbül çiçəyinin vəsfinə çox müraciətlər olunur. Bu da çox gözəldir. Ümumiyyətlə, hiss edirəm ki, dəbsevərlər daha çox milli koloritə, milli ornamentlərə üstünlük verməyə başlayıblar. Bir çox tanınmış Avropa brendləri belə bu meylləri görəndə bizim naxışları, Şərq motiv və elementlərini çox böyük həvəslə istifadə edirlər. Bizim alıcılar da onları geyinirlər. Əsas odur ki, biz özümüz daha çox tekstil printləri yarada bilək.
Azərbaycanda son keçirilən moda həftəsində ilk dizaynerəm ki, Xarıbülbül çiçəyinin özü və loqotipini deyil, onun tekstil printini təqdim etdim. Bahar-yay mövsümündə çiçəkli-printli parçaların dəbdə olması dəyişməz bir qaydadır, düşündüm Xarıbülbül çiçəyinin də printi olmalıdır ki, sonradan müxtəlif versiyada parçalar yaradıla bilsin. Təbii ki, bu, ilk işi idi. Düşündüm ki, bu işi görməklə və məlumatı çatdırmaqla bu işə bir təkan verəcəm. Biz bu məsələdə geri qalmamalıyıq, çünki məşhur Avropa brendləri bu parçalardan istehsal edib sonra bizə çox baha qiymətə satacaqlar. Hər zaman adətən belə olur”.
“Brendomaniya” hələ də aktualdır
Tanınmış modelyer bildirib ki, moda trendlərini alıcılar özləri yaradır.
“Bütün dünyada bu proses müşahidə olunur və hər kəsin öz ideyaları var. Bu da tamamilə çox təbii bir istiqamətdir. Ona görə ki, hazırda dəb aləmindən böyük həcmdə informasiyanı əldə etmək mümkündür. Əvvəllər informasiyanı əldə etmək çox çətin idi. İndi sosial şəbəkələrdə, yutubda, hər yerdə məşhur brendlərin öz hesabları var. Və biz öz ideyalarımızı hər kəslə paylaşırıq. Alıcı o ideyalara baxır, özünə uyğun olanları seçir, miks edir və bir tərz yaradır. Trendlər bax belə yaranır. Bu gün alıcı özü trendin əsas yaradıcısıdır. Müxtəlif dizaynerlər müxtəlif ideyalar təqdim edirlər, amma sonradan onları özlərinə uyğun adaptasiya edirlər. Amma dünyaca məşhur brendlər yenə də top onluqdadır. Onların geyimi yenə də ən arzulanan libaslardır. Limit şəklində istehsal olunsa da, insanlar o geyimlərə can atırlar. “Brendomaniya” hələ də aktualdır”.
Pələng buna yaxşı reaksiya verməz
Dizaynerin sözlərinə görə, Pələng ilində pələng naxışları geyinmək risklidir.
“Belə bir misal var ki, pələng printli geyiminiz varsa, yeni ilə qədər geyinin. Gələn il pələng naxışı geyinsəniz, Pələng buna yaxşı reaksiya verməz. “Pantone” rəng təşkilatı da artıq elan edib ki, yeni ilin ən əsas rəngi açıq mavi olacaq. Bahar və yay kolleksiyalarında bu tonlar çox nəzərə çarpacaq”.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO