Dəb
2023-cü ilin cins trendləri - FOTO
Qarderobunda ən azı bir cins şalvarı olmayan bir insanı təsəvvür etmək çətindir. Bu şalvarlar əvvəllər qızıl mədənlərindən çalışan fəhlələr üçün nəzərdə tutulmuşdu, onların geyimləri xüsusilə davamlı olmalıdır. Lakin bu qaba parça şalvarlar onilliklər sonra nəinki gündəlik qarderoblara daxil oldu, həm də "bir nömrəli geyimə" çevrildi. Cins şalvar seçərkən yalnız kəsiminə deyil, rənginə də diqqət yetirməlisiniz. Bəzi çalarlar dəbdən düşə çıxa bilər, lakin siz ən azı bir neçə mövsüm dəbdən düşməyən variantları seçə bilərsiniz.
Publika.az oxucuları 2023-cü ildə trend olacaq cins parçalarla tanış edib.
Klassik göy

Cins materiallarda göy çətin bir rəngdir. Boz və ya yaşılımtıl çalarlarla yanaşı çox parlaq modellər də var ki, onlarla birlikdə cins şalvar çox yönlülüyünü itirir, çünki bu rəngi başqa bir şeylə birləşdirmək çətindir. Digər rənglərin kölgəsi olmayan klassik soyuq göy cinslərə diqqət yetirin. Bu rəng hər kəsə yaraşır, istənilən qarderoba asanlıqla uyur, başlıcası dəbdən düşməyəcək.
Bozumtul mavi

Başqa bir praktik seçim bozumtul mavidir. Belə bir çalar bəlkə də mavidən daha çox yönlüdür. Bu, sözün əsl mənasında istənilən rənglə asanlıqla uyğunlaşır, odur ki, bozumtul cinslər qarderobun sadəcə əvəzolunmazı olacaq. "Bottega Veneta" şousunda Keyt Mossa baxın, çətin ki, bu cins şalvarlara uyğun gəlməyən hər hansı rəng tapılsın.
Tünd göy

Tünd mürəkkəbi xatırladan bu rəng qaraya əla alternativ ola bilər. Müxtəlif çalarlarla yaxşı uyğunlaşmaq üçün kifayət qədər tünddür, lakin sizi boğmur. Bu cins şalvar, gödəkçə və ya "Bmuet" şousunda olduğu kimi mini paltar ola bilər.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda































.jpg)



