Dəb
Anası barıtı qızıldan üstün tuturdu - Dəbdəbəli ləl-cəvahirat istehsalçısı necə yarandı?
“Cartier” dünyanın ən məşhur 5 zərgərlik brendindən biridir. Tarix boyu “Cartier” məhsulları, xüsusilə brendin şah əsərləri sayılan müxtəlif saat və zinət əşyaları öz spesifikliyi və unikal üslubu ilə seçilib. Hər şey təvazökar kiçik bir mağazadan başladı. Kim bilirdi ki, kiçik biznes nəhəng imperiyaya, brendin tarixi isə əfsanəyə çevriləcək...
Publika.az oxucuları “Cartier” brendinin uğur hekayəsi ilə tanış edir.
Brendin yaradıcısı Lui Fransua Karte 1819-cu ildə Fransada kasıb bir ailədə anadan olub. Atası barıt buynuzlarının istehsalı və satışı ilə məşğul idi və öz kiçik dükanı var idi. Uşaq ikən Lui-Fransua sənətə böyük həvəs göstərirdi. Oğlunun incəsənətə olan marağını görən ata zərgərliyi öyrənməsi üçün onu çox yaxşı bir qızıl ustası - Adolf Pikartanın yanına göndərdi. Zərgərin işləri yaxşı getmirdi, buna görə də Luinin anası bu kortəbii qərarın əleyhinə idi. Onun sözlərinə görə, barıtla məşğul olmaq qızıldan daha sərfəlidir və bütün bu dəsrlər vaxt itkisidir. Bütün şübhələrə baxmayaraq, Lui zərgərlik sənətini öyrəndi və 1847-ci ildə (onda artıq 28 yaşı vardı) emalatxananı təqaüdə çıxan ustasından aldı və zərgərlik məmulatları istehsal edərək pul qazanmağa başladı.

Luinin özəlliyi onda idi ki, gənc usta həmkarlarını təkrarlamır, özü yeni formalar, növlər, hətta bəzək əşyaları yaradırdı. O, zərgərlikdə platindən istifadə edən ilk zərgər olub. Onun apardığı dərin təcrübələrindən sonra məlum oldu ki, yalnız platin çoxlu qiymətli daşları üzərində möhkəm saxlaya bilir. Lui-Fransua ilk dəfə hər cür böcəkləri zinət əşyalarına çevirdi. Onun rəflərində kəpənəklər, böcəklər, əqrəblər və digər heyvan formaları peyda oldu. O vaxta qədər heç kimin ağlına gəlməmişdi ki, hansısa böcək forması bir qızın saçında nə qədər cazibədar görünə bilər.
Tezliklə Lui mağazasını daha məşhur bir küçəyə - “Palais Royal” və birjaya çox yaxın bir yerə köçürdü. Lui Fransua yalnız istedadlı zərgər deyildi, həm də yaxşı ticarətçi intuisiyasına malik idi. Bu da şirkətin çiçəklənməsinə imkan yaradırdı. "Cartier” ləl-cəvahirat dizaynları sayəsində qısa müddətdə Parisin kübarlarına təsir etməyi bacardı. Bir gün məşhur qrafinya Nieuverkerk mağazaya daxil olur və ondan üç qızıl broş alır. Lakin hekayə bununla bitmir. Qrafiniya rəfiqələrinə zərgərin əl işləri haqqında o qədər ağız dolusu danışmışdı ki, Napoleon Banopartın qardaşı qızı Şahzadə Matilda ilə İmperatriça Yevgeniya və bir çox başqa hörmətli şəxslər zərgərin işləri ilə yaxından tanış olmağa qərar verdilər. Təsəvvür edin, cəmi üç il ərzində bu üç dost tanınmayan bir zərgərdən iki yüzdən çox əl işi əşyalar almışdılar!

Şans Luinin üzünə gülmüşdü, amma bütün bunları təsadüfə bağlamaq ədalətsizlik olardı. Lui sadəcə layiq olduğu uğuru qazanmışdı və qazanmağa da davam edirdi. Lui-Fransua görkəmli rəssam idi. Onunla rəqabət apara biləcək ikinci bir zərgər yox idi, heç kim qədim ənənələri və yeni moda meyllərini özündə birləşdirən zərgərlik nümunələri onun qədər füsunkar yarada bilmirdi. İllər keçdi və onun biznesi sürətlə böyük nüfuz qazanmağa başladı. 1898-ci ildə Lui artıq oğlu Alfred ilə nəvələri Lui Jozef, Pyer və balaca Jak Parisin mərkəzi küçəsi de la Pedə mağaza açdı.

Bütün həyatını arzularının gerçəkləşdirilməsinə həsr edən əfsanəvi zərgər 1904-cü ildə dünyadan köçdü. Lui - Fransuanın ölümündən sonra biznesin idarəçiliyi nəvəsi Lui-Jozefə keçdi. Cəmi 23 yaşı olmasına baxmayaraq, Lui də babası kimi çox istedadlı və yenilikçi idi. Lui bütün ümidləri doğrultmuşdu, onun rəhbəliyindən sonra ailə biznesi daha yüksək səviyyəyə qalxdı.
Zərgərlik evinin 1904-cü ildə buraxdığı saat-qolbaqları ilə dünyaya səs-küy salır. Yeri gəlmişkən, saat işi həmişə “Cartier” evinin biznesinin ayrılmaz hissəsi olub. Lui-Fransuanın “Edmond Zhezherom” ilə nazik saat mexanizmləri ilə təchizat haqqında müqaviləsi, həmçinin təqvim və xronoqraf mexanizmli saatlar “Cartier”i saat üzrə dünya ekspansiyasına gətirib çıxardı. Avropanın, Rusiyanın bütün kral əyanı, Hndistan və Tay maxaracları, Ərəb şeyxləri bu brendin istifadəçiləri olurdular.
Sonrakı onlliklər ərzində “Cartier” həm dünyanın indiyədək gördüyü ən yaxşı əsərləri yaratmağa müvəffəq olub. Luinin diqqəti altında brend məşhur “tutti frutti” boyunbağı və bilərziklərini, eləcə də markanın ən təsirli parçası olan 3000 brilyantdan ibarət “Maharaja of Patiala” boyunbağısını buraxdı.


Sevgi zəncirlərinə bənzəyən qolbaqlarsa 1969-cu ildə peyda oldu. Sevgilisindən ayrılan dizayner Aldo Çipullo qərara gəlir ki, bu qolbaqları sevgi zənciri adlandırsın. Bu zərgərlik nümunəsi hələ də sevgi və məhəbbət simvolu olaraq qalır. Qolbağın fəlsəfəsi odur ki, onu ruh yoldaşının köməyi olmadan açmaq mümkün deyil. Sevgidə də belədir, güclü hisslər bütün hüceyrələrinizə yayılır və ondan qurtulmaq o qədər də asan deyil.

Luinin yaratdığı üslub müştərilərin məhsullara tələbatını daha da artırmışdı. Artıq 1907-ci ildə Sankt-Peterburq da daxil olmaqla daha bir neçə ölkədə brendin mağazası açıldı. Bir il sonra Pyer Karterinin rəhbərliyi ilə Nyu-Yorkda da bir mağaza fəaliyyətə başlayır. Pyer həm də şirkətin loqosunu hazırlamağı təklif edir. Təklif olunan ideya sahibkarların da ürəyincə oldu. Bir-birinə iç-içə keçirilmiş "C" hərfi 1910-cu ildə ortaya çıxdı. Daha sonra “Cartier” ən qeyri-adi formada saatlar istehsal etməyə başladı. Beləliklə, xüsusi olaraq təyyarə sürücüləri üçün unikal qol saatı, 1919-cu ildə isə heyrətamiz dərəcədə nazik “tank” adlanan saat modelləri istehsal edildi.
Pantera motivi də “Cartier” evinin simvollarındandır. O, ilk dəfə oniks və almazlı platin saatlarda, 1914-cü il kolleksiyasında satışa çıxarılıb. Bu formanı brendin artı direktoru Jenna Tussen Lui Kartedən ilhamlanaraq hazırlayıb. Belə ki, Lui Karter tez-tez onu “pantera” deyə çağırırdı. 1933-cü ildə Janna Tussen Parisdə ilk dəfə “Cartier” zərgərlik emalatxanasının bədii rəhbəri oldu. Madam Tussenin "Pantera" kolleksiyası bu günə qədər brendin simvolu statusunu qoruyub saxlayır.

Lui və Jak 1942-ci ildə bir neçə ay fərqlə öldülər. “Cartier” 1964-cü ilə qədər ailə biznesi olaraq qaldı. Pyer şirkəti təkbaşına idarə edirdi. 1964-cü ildə Pyerin ölümündən sonra əmi uşaqları - Jan-Jak Karte, Klaudiya Karte və Marion Kladel şirkətin hər bir filialını ayrıca satmaq qərarına gəldilər. Alan Dominik Perrin brendin yeni rəhbəri oldu. Lakin 1972-ci ildə Robert Hokun rəhbərlik etdiyi konsorsium şirkətin bütün filiallarını satın aldı. Elə həmin il Robert Hok “Les Must de Cartier” kolleksiyasını təqdim etdi. Bu kolleksiyaya dəri məmulatları, qələmlər, şərflər, ətirlər, gün eynəkləri və qab-qacaq daxil idi. Bu əşyalar dəbdəbəli zinət əşyalarından aşağı qiymətə təklif olunurdu. Bu addım məhsul çeşidini artırmaqla bərabər, markanın sosial dairələrdə uğurunu da artırdı. 20-ci əsrin ikinci yarısından etibarən vitrində yeni məhsullar, o cümlədən ətirlər də peyda olmağa başladı.
“Cartier” bu gün unikal və heyrətamiz zərgərlik istehsalı ilə məşhur olan dünyanın ən məşhur markalarından biridir. Fransız zərgərlik evinin təxminin 125 ölkədə 200-ə yaxın butiki var və “Forbes”in 2018-ci il reytinqinə görə, ən dəyərli şirkətlər siyahısında 59-cu yerdədir.
Aytən Məftun
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 1 May 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial1 May 17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial1 May 17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO








.jpg)

.jpg)




.jpg)















.png)

.jpg)






