Digər
Müharibə GERİ GƏLİR: ABŞ-a getməkdən imtina etdilər
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Cənubi Koreyanın xarici işlər naziri Kan Kyun-hva bildirib.
Onun sözlərinə görə, görüşdə ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında ikinci sammitin keçirilməsi və Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələləri müzakirə olunmalı idi. Nazir Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşün ləğv edilməsinin səbəbini açıqlamayıb.
Qeyd edək ki, Mayk Pompeo oktyabrın əvvəlində Pxenyanda səfərdə olub. Adsız mənbələrə istinadən Yaponiyanın “Yomiuri” qəzeti bildirib ki, Kim Çen In 1950-1953-cü illər Koreya müharibəsinin dayandırılması haqqında rəsmi bəyannamə imzalanmadan yoxlamaların keçirilməsi üçün nüvə obyektlərinin siyahısını Pompeoya verməkdən imtina edib. KXDR lideri vurğulayıb ki, denuklearizasiya üçün hər şeydən əvvəl Vaşinqton və Pxenyan arasında etibarı inşa etmək lazımdır.
Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə birgə sənəd imzalayıblar. Sənədə əsasən, Pxenyan Koreya yarımadasının tam denuklearizasiyasına hazır olduğunu bəyan edib, ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb.
Ömər Dağlı
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq










.jpg)



















.webp)








