Dünya
Yer kürəsində maqnit qasırğası şiddətləndi
Yer kürəsində müşahidə olunan planetar maqnit qasırğasının gücü G1 səviyyəsindən G2 səviyyəsinə yüksəlib.
Publika.az xəbər vverir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun (İSFZ SO RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin məlumatına görə, G2 səviyyəli maqnit qasırğası bir saatdan az əvvəl başlayıb. Alimlər hadisələrin bu cür inkişafını gözlənilməz adlandırıblar.
Laboratoriyada ehtimal ediblər ki, Günəşdəki tac dəliyindən gələn plazma ilə bir sutkadan çox davam edən qarşılıqlı təsirdən sonra maqnitosfer zəifləmiş ola bilər.
Maqnit qasırğası fonunda Rusiyada ən yüksək intensivlik səviyyəsinə malik qütb parıltıları müşahidə olunmağa başlayıb. Alimlər bu təbiət hadisəsinin intensivliyini 10 ballıq şkala üzrə 10 balla qiymətləndiriblər.
Oktyabrın 29-da Günəşdə ölçüsü təxminən 500 min kilometr olan iri protuberansın atılması qeydə alınıb. Hadisə eyni vaxtda bir neçə kosmik teleskopun müşahidə sahəsinə düşüb.
Alimlərin qeyd etdiyinə görə, bu halda protuberans Yerə doğru deyil, daha çox yan istiqamətə hərəkət edib. Görünür, onun trayektoriyası üzərində yaxın planetlərdən yalnız Mars olacaq.
Hüseyn İbadlı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq























.jpg)







.jpg)

.jpg)