Digər
Bu ölkədə 10 şəhər AYAĞA QALXDI - Prezidentin istefası tələb olunur
Misirdə vəzifəsindən sui-istifadə etməkdə ittiham olunan prezident Əbdül Fəttah əs-Sisiyə qarşı etiraz aksiyaları başlayıb.
Publika.az xəbər verir ki, Misir əhalisi ötən gün axşam saatlarında Qahirədəki Təhrir Meydanına toplaşıb.
Təhlükəsizlik qüvvələri ölkənin böyük meydanlarında onlarla aksiyaçını həbs edib, İttihadiyyə Sarayına gedən yolları və körpüləri bağlayıb. Lakin bütün tədbirlərə rəğmən, xalq Təhrir meydanına toplaşaraq Sisi əleyhinə şüarlar səsləndirib.
Siyasi analitiklər hərəkatın böyüyəcəyini proqnozlaşdırır. Təhrir aksiyasını təşkilatlandıran Məhəmməd Əli bunun ilk addım olduğunu və davamının gələcəyini deyib. Misirlilərin psixoloji qorxuya qalib gələrək küçələrə axışmasını istəyən Əli Müdafiə Nazirliyinə səslənərək Sisini həsb etməsini istəyib. Onun bu çağırışı təhlükəsizlik qüvvələrinin daxilində Sisiyə müxalif olanların qaldığı iddiasını gücləndirib. Ölkədə bəzi qurumların xalqın ayağa qalxmasına göz yumması da bu iddiaya dəstək verib.
Misirli jurnalist Əhməd Yusifin paylaşdığı bilgilərə görə, Sisiyə qarşı etirazların keçirildiyi şəhərlərin sayı 10-a çatıb.
Qeyd edək ki, İspaniyada yaşayan misirli iş adamı Məhəmməd Əli Sisini vəzifəsindən sui-istifadə etməkdə ittiham etdikdən sonra xalqı etiraz aksiyalarına səsləmişdi.
Zümrüd
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı












.webp)


















.jpg)

