Digər
Bu ölkədə karantini pozan silahla vurulacaq - Prezident xalqını təhdid etdi
Filippinin ən böyük adası olan Luzanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunan karantini pozanları odlu silahla vurmağa icazə verilir.
Publika.az-ın məlumatına görə, bu barədə ölkənin Prezidenti Rodriqo Duterte danışıb.
Ölkə vətəndaşlarını pandemiya ilə mübarizə mövzusunda xəbərdar edən prezident paytaxt Maniladakı gecəqondu bölgəsindəki sakinlərin ərzaq qıtlığını protest etməsindən sonra bu qərarı açıqlayıb. O bildirib ki, karantin şəraitini qorumaq üçün polis və əsgərlərə belə bir səlahiyyət verə bilər.
“Bu, hər kəs üçün bir xəbərdarlıq olsun. Bu aralar hökuməti izləyin, çünki intizamı təmin etmək son dərəcə önəmlidir. Tibb işçilərinə, həkimlərə zərər verməyin. Çünki bu, cinayətdir. Polis və orduya təlimatım budur: əgər kimsə problem yaratsa və həyatları təhlükə altına atsa, onları vurub öldürün. Hökuməti təhdid etməyin, meydan oxumayın. İtirən siz olarsınız”, - prezident deyib.
Qeyd edək ki, 2 həftə əvvəl karantinə girən sözügedən bölgənin sakinləri söz verildiyi kimi bütün proses müddətində qida dəstəyi və yardım paketi ilə təmin olunmadığı üçün küçələrə axışmışdı. Polis etirazçılara müdaxilə etmiş, 20 nəfər həbs olunmuşdu.
Son rəqəmlərə görə, Filippində 2 min 311 nəfər koronavirusa yoluxub. 96 nəfər ölüb, 50-si sağalıb.
Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı












.jpg)


























