Digər
Koronavirusun yayıldığı yerdən ŞAD XƏBƏR: xəstə qalmadı
Koronavirus pandemiyasının ortaya çıxdığı Uhan şəhərinin də daxil olduğu Çinin Hubey əyalətində müalicəsi davam edən xəstə qalmayıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komitəsi məlumat yayıb.
Bildirilib ki, koronavirusdan müalicə alan son 12 xəstə bazar günü evə buraxılıb. Son sutka ərzində də yeni yoluxma qeydə alınmadığı üçün müalicəyə cəlb edilən olmayıb.
Sadəcə COVID-19 testi pozitiv çıxan 582 nəfər müşahidədə saxlanılır. Onlarda xəstəliyin simptomları özünü büruzə verməyib.
Qeyd edək ki, pandemiya başlanandan bəri Hubey əyalətində 50 min 333 nəfəri Uhanda olmaqla, 68 min 128 yoluxma qeydə alınıb. Uhanda 3 min 869, əyalət miqyasında isə 4 min 512 nəfər ölüb.
63 min 616 nəfər xəstəxanalardan evə buraxılıb.
Son rəqəmlərə görə, sutka ərzində Çində sadəcə 6 yeni yoluxma aşkarlanıb. Ölkədə ümumilikdə 82 min 836 nəfər virusa yoluxub, 4 min 633 nəfər dünyasını dəyişib.
Zümrüd
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


