Digər
Cənubi Koreyada ikinci dalğa başladı - Muzey və teatrlar yenidən bağlandı
Cənubi Koreyanın paytaxtında koronavirusa yeni yoluxma hallarının artması səbəbindən Seul və ətraf rayonlarda bəzi dövlət muzeyləri və teatrlarının fəaliyyəti iki həftəlik dayandırılır.
Bu barədə Koreya Respublikası Mədəniyyət, İdman və Turizm Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, mayın 29-dan iyunun 14-dək Seul, İnçhon şəhərlərində və Könqido əyalətində kitabxana, muzey və qalereyalardan ibarət doqquz dövlət müəssisəsi, o cümlədən Koreya Milli Muzeyi, Müasir İncəsənət Muzeyi, Mərkəzi Dövlət Kitabxanası, həmçinin dörd konsert zalı və yeddi bədii dövlət təşkilatı iki həftə ərzində bağlı qalacaq. Regionda koronavirusla bağlı vəziyyətdən asılı olaraq məhdudiyyət tədbirləri yenidən uzadıla bilər.
İnfeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər barədə qərar İthevon rayonundakı gecə klublarında koronavirusa yeni yoluxma hallarının artması və Könqido əyalətindəki Puçhon şəhərində “Coupang” kompaniyasının anbarında COVID-19 ocağının aşkarlanması səbəbindən verilib. Seul və İnçhon şəhərlərində, həmçinin Könqido əyalətində artıq 100-ə yaxın yeni yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 13:40-a olan məlumatına əsasən, dünyada 6 milyona yaxın yoluxma və 362 mindən çox ölüm faktı qeydə alınıb, sağalananların sayı 2,5 milyonu ötüb.
Koreya Respublikasında indiyədək yeni koronavirusa yoluxanların sayı 11 min 402 nəfərə çatıb, 269 nəfər həyatını itirib. Hazırda müalicə alan 770 xəstədən 15-nin vəziyyəti ağır qiymətləndirilir.
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi















.jpg)























