Digər
Daha bir ölkədə əhali AYAĞA QALXDI
ABŞ-dakı etiraz aksiyaları Avstraliyaya da sıçrayıb.
Publika.az xəbər verir ki, qaradərili ABŞ vətəndaşı Corc Floydun polis zorakılığı nəticəsində ölməsinə etiraz olaraq Sidney şəhərində baş qaldıran aksiyalara minlərlə insan qatılıb.
Etirazçılar polisin şiddət göstərdiyi Floydun “nəfəs ala bilmirəm” sözlərini şüar şəklində səsləndiriblər.
Onlar “qaraların həyatı önəmlidir”, “aborigenlərin həyatı önəmlidir” və “sizi görürük, sizi eşidirik və sizin yanınızdayıq” pankartları açıb.
Qəzəbli kütlə “Hyde Park”dan Cənubi Uels parlamentinin qarşısına qədər yürüş edib. Daha sonra ABŞ konsulluğunun yerləşdiyi əraziyə qədər getməyi planlaşdırıb.
Qeyd edək ki, Floydun ölümü Avstraliyada da irqçiliklə mübarizəni gündəmə gətirib. Aborigen millət vəkili Linda Böni ölkədə 1991-ci ildən bəri 430-dan çox aborigenin həbsdə öldüyünü bildirib.
Avstraliyada yetkin əhalinin 2%-ni aborigenlər təşkil etsə də, məhkumların 27%-i onlardan ibarətdir.
Zümrüd
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































