Digər
Bu şəhərdə sellofan torbalardan istifadəyə qadağa qoyuldu - Cəriməsi var
İndoneziyada sellofan torbalardan istifadə qadağan edilib.
Publika.az xəbər verir ki, qadağa ölkənin paytaxtı Cakartanı əhatə edir.
Cakarta valiliyinin 31 dekabr 2019-cu ildə qəbul etdiyi qərara əsasən, ticarət mərkəzi, market və bazarlarda birdəfəlik istifadə üçün nəzərdə tutulmuş polietilen torbaların satışı qadağandır. Bundan sonra ölkədə parça və kağız materiallardan hazırlanmış torbaların istifadəsinə icazə veriləcək.
Qadağanı pozanlar 5 milyon rupi (350 dollar) ilə 25 milyon rupi (1755 dollar) arasında cərimə ödəməli olacaq. Satışı həyata keçirən müəssisələrin də lisenziyaları müəyyən sanksiyaya məruz qalacaq.
Daha əvvəl ölkənin Bali, Balikpapan və Bancarmasin kimi şəhərlərində polietilen torbalardan istifadə qadağan olunmuşdu.
Qeyd edək ki, İndoneziya dənizdə ən çox tullantısı olan ölkələr arasında Çindən sonra ikinci yerdə dayanır. 267 milyon əhalisi olan İndoneziyada 1 ildə 10 milyarda yaxın sellofan torbalardan istifadə olunur.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)
















.jpg)
.jpg)
