Digər
OPEC-in vəfat edən baş katibi - Onun haqqında nələr məlumdur?
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo iyulun 5-də vəfat edib. Onun haqqında nələr məlumdur?
Publika.az-ın məqaləsində bu haqda söhbət açacağıq.
Məhəmməd Sanusi Barkindo 20 aprel 1959-cu ildə Nigeriyanın Yola şəhərində anadan olub. Əhmədu Bello adına universiteti (Nigeriya), Oksford Neft və Enerji Kollecini (Böyük Britaniya) neft iqtisadiyyatı və sənaye ixtisası və Vaşinqton Universitetini maliyyə ixtisası üzrə bitirib.
1982-1985-ci illərdə Nigeriya Dağ-Mədən Korporasiyasının administrasiyasında işləyib. Dağ-mədən sənayesi nazirinin, daha sonra neft ehtiyatları naziri Rilvanu Lukmanın köməkçisi olub. 1986-cı ildə OPEC-də Nigeriya nümayəndə heyətinin üzvlüyünə daxil edilib.
1991-ci ildə o, Çinlə BMT-nin iqlim dəyişikliyi danışıqlarında G-77 qrupunun texniki nümayəndə heyətinə rəhbərlik edib. BMT-nin çərçivə konvensiyasının və onun Kioto protokolunun birgə tərtibçisi olub. 1993-2008-ci illərdə OPEC-in neft bazarlarının sabitliyinin təmin edilməsi üzrə komissiyasında Nigeriyanın milli nümayəndəsi olub.
1993-2010-cu illərdə Nigeriya Milli Neft Korporasiyasında (NNPC) işləyib. Şirkət Nigeriyada bütün neftin ən azı 90%-ni istehsal edib. NNPC-nin neft və qaz ticarəti departamentini, şirkətin London ofisini və Nigeriya Liquified Natural Gas-ın mayeləşdirilmiş qaz törəmə müəssisəsini (Shell, Total və Eni neft korporasiyaları ilə birgə müəssisə) idarə edib. 2009-2010-cu illərdə NNPC-yə rəhbərlik edib.
2006-cı ildən OPEC-in baş katibi vəzifəsində çalışırdı. KİV-in məlumatına görə, o, təşkilata daxil olmayan ölkələrlə dialoqun tərəfdarı olub. 2 iyun 2016-cı ildə OPEC-in baş katibi vəzifəsinə seçilmişdi.
Britaniya imperiya cəngavər-komandor ordeninin kavaleri, Yola Texnologiya Universitetindən elmlər doktoru (PhD) dərəcəsinə malik idi.
Səxavət Həmid
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)











.webp)













.jpg)


