Digər
Hitlerin gizlətdiyi tonlarla qızıl və zinət əşyaları tapıldı
Polşada köhnə sarayın bağçasında Adolf Hitler və əsgərlərinin gizlətdiyi nasistlərə aid 10 ton qızıl, zəngin almanların nasist zabitlərinə təhvil verdiyi 18 ton zinət əşyası və qiymətli daş-qaş tapılıb.
Publika.az xəbər verir ki, bununla bağlı lazımi proseslər tamamlandıqdan sonra qutu sentyabrın 1-də açılacaq.

Qeyd olunur ki, Hitlerin SS batalyonlarının gizlətdiyi qızıllar Polşanın Minkovski şəhərindəki sarayın altındakı xüsusi polad sandıqlarda tapılıb. Tədqiqat aparan Alman-Polşa Fondunun Silezya Körpüsü əməkdaşları səthin 3 metr dərinliyində 232 milyon İsveçrə frankı dəyərində nasistlərə aid 10 ton qızılın olduğu polad qutu aşkar etdiklərini iddia ediblər. 18 ton zərgərlik və digər qiymətli daşların da eyni bölgədə olduğu və ümumi dəyərinin 500 milyon avronu keçdiyi bildirilir.

Qazıntı qrupunun rəhbəri qızıl və zinət əşyaları olan 1,5 metr uzunluğunda qutunu açmaq üçün lazımi icazəni alıb. 14 hektarlıq saray bağının bir hissəsində cəmləşən xəzinə axtaranlar georadar axtarışları ilə onun dəqiq yerini müəyyən edə biliblər. Bildirilir ki, o zamankı SS-in rəisi olan Haymler bu xəzinələrlə 4-cü Reyxi qurmaq istəyib.

Bu böyük kəşfin itirilmiş Breslau qızılları olduğu deyilir. Qutuda Hitlerin müsadirə etdiyi qızıllardan başqa zəngin alman ailələrinin rusların əlinə keçməməsi üçün nasistlərə təhvil verdikləri zinət əşyaları və müxtəlif qiymətli daş-qaşlar da var. Xəzinə müxtəlif gündəliklər, məxfi sənədlər və yüksək rütbəli SS zabitinin qeydləri sayəsində tapılıb. SS batalyonlarının zabitinin qeydlərində deyilirdi:
“Əvvəllər toran vaxtı gətirilən yeşiklər və konteynerlər üçün təhlükəsiz ev olan yerdə nov qazılıb”. 12 mart 1945-ci il tarixli sənədə əsasən, burada dövrün Reyxbankından 48 qutunun basdırıldığı bildirilir. Bütün nəhəng xəzinə 28 ton qiymətləndirilir. Daha öncə də eyni gündəlik sayəsində gizli bir qalanın yeri aşkarlanıb.
Akqabay
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


