Digər
Bu ölkədə LGBT-nin təbliğatı qadağan edildi
Özbəkistan mediada pornoqrafiyanın və “eyni cinsin nümayəndələri arasında qeyri-təbii münasibətlərin” təbliğatını qadağan etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Özbəkistan” məlumat yayıb.
Nəşr belə bir normanın ölkənin yeni İnformasiya Məcəlləsinə daxil ediləcəyini qeyd edir.
Kütləvi informasiya vasitələrində Özbəkistanın konstitusiya quruluşunun və ərazi bütövlüyünün zorakılıqla dəyişdirilməsinə çağırışların və dövlət sirri təşkil edən məlumatların yayılması da qadağan ediləcək. Kodeks həmçinin müharibə, zorakılıq və terrorizmin, habelə narkotiklərin təbliğatının qadağan edilməsini nəzərdə tutur.
Məlumat Məcəlləsinin layihəsi artıq Özbəkistanın 50 nazirlik və idarəsi tərəfindən təsdiqlənib. Onun müzakirəsi dekabrın 29-dək davam edəcək.
Bundan əvvəl xəbər verilmişdi ki, Dövlət Dumasının Ailə Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina (KPRF) LGBT təbliğatına qoyulan qadağanın təkrar pozulmasına görə beş ilədək həbs cəzası nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































