Dizayn
Yeni ildə süfrəni belə hazırlayın - - FOTOLAR
Dekabr ayının son günlərini yaşayırıq. Artıq hər kəs bayram tədarükü görür. Axı bayram süfrəsinə qoyulacaq hər nemət əvvəlcədən hazırlanmalıdır. Bəs Yeni il süfrəsi necə olmalıdır?
Əvvəla, süfrə bayram ab-havasına uyğun tərtib edilməlidir. Odur ki, süfrəni qurarkən ili təhvil alacaq heyvanı da unutmaq olmaz. Yəni, meymunun oynaq xarakteri mütləq nəzərə alınmalıdır. Bu heyvan sərgüzəştləri, gözlənilməz sürprizləri çox sevir. Bu baxımdan, dekorasiyada darıxdırıcı və monoton ruh hiss olunmamalıdır. Bütün bu incəlikləri süfrə tərtibatında nəzərə alın.
İl ərzində bütün işlərinizin uğurlu olmağını istəyirsinizsə, meymunu məyus etməyin. Məsələn, masaya qırmızı rəngli örtük salmaqla onun da əhvalına birbaşa təsir edə bilərsiniz. Yaxud da qızılı, əlvan rəngli dekorasiyalarla süfrəyə bəzək verərək əhvalı qaldırmaq olar. Meymun özünü çox sevən heyvandır, odur ki, masaya ilin rəmzi sayılan meymun fiquru qoymağı unutmayın.
Bayramın əsas atributları oyuncaqlar və şam ağacları olsa da, şamlar da onlar qədər təsirlidir. Evi bəzəməyə hazırlıq görürsünüzsə, Yeni il şamlarını da unutmayın. Bu zaman süfrə rəngbərəng işıq saçacaq. Sevgilinizə, ya da həyat yoldaşınıza gözəl süfrə hazırlayıb romantik axşam yeməyi düşünürsünüzsə, şamların həmin süfrəyə gözəllik qatacağından əmin ola bilərsiniz. Süfrənin kənarlarına zərlər, bəzəklər və başqa fiqurlar da qoya bilərsiniz. Amma şamlarla çox ehtiyatlı olun ki, eviniz alışıb-yanmasın.
Portağal səbətləri də bayram süfrəsində qeyri-adi təsir bağışlayır. Yaxud da meyvə qabının bir tərəfinə portağal və mandarin qoyun, digər tərəfə isə başqa meyvələr düzmək olar.
Meymun böyük şirniyyat həvəskarıdır. Odur ki, şirniyyat məsələsində səxavətli davranın. Çay süfrəsini karamel, şokolad konfet və dadlı tortla bəzəyin. Yadda saxlayın ki, bayram süfrəsində qonağınızın ağzını nə qədər şirin etsəniz, o da bütöv bir ildə həyatınıza bir o qədər şirinlik qatar.
Kiçik bir çiçək dəstəsi isə qarşıladığınız Yeni ilə təravət, təmizlik, yenilik ab-havası qatacaq.
Publika.az bayram gecəsi evinizdə xoş aura yarada biləcəyiniz bir neçə nümunə toplayıb.
Aytən
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO





































.jpg)

