Dizayn
Ev dekorasiyasında ekzotik zebra naxışı - FOTOLAR
Vəhşi təbiətin cazibədarlığına heyran olanlar üçün ev dekorasiyasında zebra naxışı təklif edilir. Həmin naxışlar interyerdə cəsur və bir o qədər ekzotik mənzərə yaradır. Bunlar modern dekorasiyasının da əsas elementlərindən biri olmağa iddialıdır.
Qara və ağın ziddiyyəti istənilən məkan üçün təsiredici görünür.Bu naxışdan müəyyən məkanlarda istifadə etməkdən əsla çəkinməyin. Evinizin hər sahəsinə yaraşan vəhşi naxışdan istər qonaq, istər yataq otaqlarında, istərsə də, dəhliz dekorasiyasında istifadə edə bilərsiniz. Bu da tamamilə sizin zövqünüzvə yaradıcılığınızdan asılıdır.
Klassik, müasir və futuristik tərzdə mebel və digər məhsullarda zebra naxışlarına rast gəlmək mümkündür. Üstəlik, xoşbəxtlikdən interyerdə bu tərzi yaratmaq üçün zebraları öldürməyə ehtiyac yoxdur. Dizaynerlər ev dekorasiyası üçün üstündə zebra naxışı olan divar kağızları, xalçalar, örtüklər, pərdələr, hətta mebellər də istehsal edirlər. İstehsalçılar hər kəsin zövqünü nəzərə alaraq, zebra naxışını qəhvəyi və ağ rəngdə də təklif edirlər.
Təbii ağ-qara rənglərdən ibarət zebra naxışı çox gözəldir. Xüsusilə, ağ-qara rəngdə dizayn olunmuş otaqda effektli görünür. Ya da önə çıxmasını istədiyiniz naxışı boğmadan zidd çalarlardan istifadə etmək olar.Zebra naxışının sarı, narıncı və çəhrayı ilə vəhdəti gözəl alınır. Zebra naxışını yaşıl, mavi, bənövşəyi, hətta qırmızı kimi şit rənglərlə də birləşdirmək qəbahət sayılmır.
Qeyd edək ki, qara-ağ zebra naxışlı mebellər və xalılar da 2016-cı ilin öndə gedən trendi olmağa hazırlaşır. Yataq örtükləri, yastıq üzləri, pərdələr də bu il çox populyar olacaq. Onların istifadəsi də praktikdir və xüsusi quluq tələb etmir.
Hər məkana asanlıqla uzlaşsa da, bəzi kiçik detalları unutmaq olmaz. Zebra naxışı otaqdakı digər əşyalarla və ümumi görüntü ilə ahəngdarlıq təşkil etməli, bir-birini tamamlamalıdırlar. Kiçik məkanlarda isə zebra naxışlarına böyük yer vermək yaxşı fikir deyil. Kiçik otaqlar üçün zebra naxışı olan aksessuarlar seçin. Dekorativ element kimi zebra naxışlı lampa kiçik otaqlar üçün ən ideal variantdır.
Aytən
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı















.jpg)






















