Dizayn
İnteryerdə rənglərin rolu - FOTOLAR
Rənglərin dili və hər rəngin öz enerjisi olduğunu yəqin ki, eşitmisiniz. Bu reallığa əsaslanan mütəxəssislər hər məkana uyğun uğurlu rəng seçimini müəyyənləşdirib. Onların qənaəti belədir:
Qonaq otağı ortaq paylaşılan məkan olduğu üçün burada orta tonlarda rəng seçilə bilər. Məsələn, süd çalarları, ay daşı rəngi, çox açıq bej, sarı, ya da mavi qonaq otağına daha uyğundur. Əgər qonaq otağı mebelləri cəlbedici rəngdədirsə, divar kağızları açıq və yumşaq tonlarda olmalıdır. Mebellər sakit tonlarda olarsa, divar kağızları daha tünd və iddialı ola bilər.
Yataq otağında sakitləşdirici rənglərdən istifadə edilməlidir. Mavi, yaşıl, açıq bənövşəyi yataq otağı üçün ideal rənglərdir.
Dəhlizdə həm açıq, həm də tünd rənglərdən istifadə edilə bilər. Birləşdirici funksiya daşıyan dəhlizin divarlarına fotoşəkillər də asmaq olar.
Daş rəngi, kobalt, kristal ağ, boz çalarları, soyuq mavi və bej dəhliz üçün ən uğurlu rənglər hesab edilir.
Uşaq otağının dizaynı klassik yanaşmalardan uzaq olmalıdır. Uşaqlar üçün daha çox əyləncəli çalar seçin. Onların otağına, əsasən çəhrayı, yaşıl, bənövşəyi, göy rənglər uyğundur. Üstündə uşaqların sevdiyi qəhrəmanların şəkilləri olan divar kağızları ən yaxşı seçimdir. Bu cür divar kağızları uşaqların əhvalını qaldırıb, yaradıcılıq qabiliyyətini artıracaq.
Mətbəx və hamamda dinamik rənglərdən istifadə edin. Həmin rənglər çirkli ağ, boz, sarı, zəfəran, yaşıl, mavi ola bilər.
Aytən
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər



















.png)






.jpg)











