Dizayn
Kondisionerdən imtina edin - ƏVƏZİNDƏ BU VAR - FOTOLAR
Bizi yayın istisinə kondisionerlər sayəsində dözürük. Çoxları elə hesab edir ki, bəşəriyyətin son ən böyük kəşflərindən biri kondisionerdir. Əslində isə iki min il əvvəl kondisionerləri əvəz edən mükəmməl qurğular mövcud idi.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o qurğular müasir kondisionerlərdən fərqlənirdi. Yel alıcı adlanan bu qurğular o qədər effektli idi ki, hətta səhrada yerləşən evi donma temperaturuna qədər soyudurdu. Yel alıcı binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biridir. Üstəlik, onlar incəlikdən məhrum deyildi və binanın estetikasını korlamırdı. Qurğular çox müxtəlif ola bilərdi və hər bir memar onlara unikal görkəm verməyə çalışırdı. Yel alıcıları İranda dövlət dini İslam deyil, zərdüştlüyün hökm sürdüyü bir vaxtda yaranıb. Ona görə də təəccüblü deyil ki, belə qurğuların bəziləri müasir İranın zərdüştlüyə sitayiş olunduğu azsaylı şəhərlərindən birində - Yazdedə hələ də qalmaqdadır.
Yel alıcıların nə vaxt yarandığını heç kim dəqiq bilmir. Arxeoloqların fikrincə, onlar təxminən iki min il əvvəl İranda yaradılıb. Oxşar qurğular qədim misirlilərdə də var idi və o, "malkaf" adlanır.
Yel alıcılar iri borular xatırladan nəhəng buxarı kimi görünürlər. Onlar binanın zirzəmisində yerləşdirilir və evin ən yüksəkliyində ucalırdılar.
Yel alıcılar buraxılarla eyni effektin hesabına işləyirdi. Yalnız bu sistem daha çətin idi. Onları boşuna ventilyasiya adlandırmırdılar. Yel alıcıların mənası cüzi küləyi tutmaq, fərqli təzyiqlər hesabına onu aşağı istiqamətləndirməkdir. Bununla yanaşı, yel alıcıları ölçülərinə və yerləşməsinə görə binanın səthini daim soyudurdu. Divarlardakı istilik boru ilə küləyə qarışır və bayıra çıxırdı.

Bu qurğular və ventilyasiya eyni zamanda, bütöv bir binanın radiatorları rolunu yerinə yetirirdi. Onlar çox səmərəli idi. İranda səhralarda indiyədək belə qurğular quraşdırılır və kondisionerlərin öhdəsindən gələ gəlmədiyi isti ilə mübarizə aparır.
Evləri cəhənnəm istisindən xilas edən yel alıcılar yeraltı kanallar hesabına anbarların soyuducu sistemi kimi də istifadə edilirdi. Bu üsulun effekti o qədər güclü idi ki, səhrada yerləşən anbarlar az qala buz kimi soyuq olurdu.

Aytən
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











