Dizayn
Bu gözəlliyə özünüz ad verin! - BAXMAQDAN YORULMAYACAĞINIZ FOTOLAR
Yaxtalar tarixdən silindi, indi milyarderlərin özəl səyyar adaları dəbdədir!
Son illərdə varlılar arasında qeyri-adi dizaynda bahalı yaxtalar almaq son dərəcə dəbdə idi. Lakin onların heç biri Ailand Kokomo ilə müqayisə oluna bilməz. Kokomo Ailand özündə dəbdəbəli kurortun əlamətlərini birləşdirən iri yaxta və özəl adadır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu, gəmidən daha çox səyyar adaya bənzəyir. Onu ancaq dəbdəbəli özəl kurort ilə müqayisə etmək olar. Gəminin içində bir neçə çimərlik klubu və bütün trerras əlamətləri var. Kokomonun konseptini “Migaloo Private Submarines” şirkəti hazırlayıb. Tərtibatçıların sözlərinə görə, layihə müştərinin istəyi ilə mümkün texnologiyalara uyğun spesifikasiyalarla tamamlanacaq. Sifarişçinin əlavə arzuları isə üzən konstruksiyaların qiymətinə təsir edir.
Okean üzərində dəniz səviyyəsindən təxminən 80 metr yüksəklikdə quraşdırılan terras iki liftdən, cakuzi, özəl çimərlik klubundan ibarətdir. Gəminin ən ekzotik cəhətlərindən biri də göyərtədə cəngəlliklərin yaradılmasıdır. Burada xurma ağacları, bağçalar və şəlalələr var. Göyərtədə isə trenajor zalı, masaj otağı və gözəllik salonu yerləşir. Ağacların arasında açıq havada nahar etmək olar. Göyərtədə gözəl çimərlik üçün çoxlu hovuzlar, açıq havada barbekü üçün meydança, sualtı yeməkxana, köpək balıqlarını yemləmək üçün stansiya və kinoteatr, həmçinin təyyarə meydançası var.
Səkkiz mühərriki olan gəmi böyük platformanı hərəkətə gətirir və saatda təxminən 15 kilometrə qədər yol qət edir.
Aytən
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











