Dizayn
Heydər Əliyev Mərkəzinin memarlıq sirləri - FOTOLAR
9 il öncə bu gün (2007-ci il 10 sentyabr) Bakının Nərimanov rayonunda bir binanın, daha doğrusu nəhəng layihənin təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak etdi.
5 il sonra, 2012-ci ilin 10 may tarixində bu layihənin – Heydər
Əliyev Mərkəzinin açılışı oldu. Bir çox səbəblərə görə, bu mərkəzi
sıradan bir bina olaraq görmək doğru deyil. Mərkəzin özəllikləri də
bu fikri əsaslandırır.
Publika.az Heydər Əliyev Mərkəzinin
özəlliklərini təqdim edir.
1. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra
arxitektura sahəsində də yeni dönüş oldu. Xüsusilə 2000-ci illərdən
başlayaraq, SSRİ dövründən qalma binaların yerini modern
arxitektura əvəzləməyə başladı.
Bunlardan biri də dünya şöhrətli memar xanım Zaha Hadidin müəllifi
olduğu Heydər Əliyev Mərkəzidir.
2. Z.Hadid 2007-ci ildə layihə ilə bağlı müsabiqənin qalibi oldu və işə başladı. Onun məqsədi monumental sovet arxitekturasından çıxmaq və tamamilə yeni mərkəz yaratmaq idi. Bu həm də mədəniyyətin yeni istiqamətdə inkişafının nümayişi idi.
3. Mərkəzin binası düz səthə malikdir, sanki üzərindən su axıb
keçir. Bu formaya dağlar kimi əyriliklər də əlavə olunur və bu
forma təkcə dekorativ funksiyanı yerinə yetirmir, həmçinin, bina
daxilində naviqasiyanı da yüngülləşdirir.
4. Bu forma sayəsində bina ilə onu əhatə edən mənzərə arasında sərhəd silinir. İnsanlar bu mərkəzə bina olaraq baxmır. Bura sanki Bakının landşaftının bir hissəsidir.
5. Binaya belə forma vermək üçün inşaatçılar 90 kilometr metal
borulardan ümumi şəbəkə yaradıblar. Panellərin forması xüsusi
proqramla layihələşdirilib.
6. Memarlar danışırlar ki, inşa zamanı Azərbaycanın mədəniyyət
ənənələri onlara ilham verib. Xüsusilə xalçaçılıq
ənənələri.
7. Bayırdan binada beton konstruksiya görünmür. Memarlar sərt
karkası gizlətməyi bacarıblar.
8. Üzlük materialın üzlüyü diqqətlə seçilib. Layihəçilər
steklofibrobetondan istifadə etməyə qərar veriblər, hansı ki, bu
elastik və zərbəyə davamlı materialdır və zaman keçdikcə
əyriliklərdə çatlamır.
9. Mərkəzin daxilində Heydər Əliyev muzeyi, auditoriya zalı,
nümayiş zalları, konfrans zalları, mühazirə auditoriyalar və
restoran yerləşir.
10. Mərkəzin birinci mərtəbəsində avtomobillər dayanıb. Heydər
Əliyev prezidentliyi dövründə (1993-2003-cü illər) bu
avtomobillərdən istifadə edib.
11. Binanın işıqlandırılması da özünəməxsusdur. Bunun sayəsində
bina gündüz və gecə tamamilə fərqli görünür.
12. Müasir Bakının memarlıq simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin “İlin Dizayni - 2014” müsabiqəsinin əsas mükafatına layiq görülüb.
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











