Dizayn
Yerin altında inanılmaz dünya - FANTASTİK FOTOLAR
1991-ci ildə sadə bir fermer Vyetnamın ikinci Phon Nha-Ke Bang milli parkında əvvəllər mağaranın bilinməyən hissələrini tapıb. Lakin oradan gələn suyun dəhşətli bağırtısını eşidən kimi qorxub və geri çəkilib. Yerli sakinlər mağaranı “Son Doong” adlandırıb, amma 2009-cu ilə qədər heç kəs oraya getməyə cürət etməmişdi.
Nəhayət ki, 2009-cu ildə bir qrup britaniyalı alim mağaranı yenidən aşkar etməyə qərar verib. Alimlərin araşdırması nəticəsində məlum oldu ki, “Son Doong” dünyanın ən böyük mağarasıdır. Elə həmin il yerin altında 5 kilometr uzunluğunda, 150 metr enində yeni aləmin rəsmi açılışı elan olunub.
Publika.az bu unikal yer və ecazkar aləm haqqında maraqlı faktları təqdim edir.
İçəri düşmək üçün ipin köməyi ilə 80 metr dərinlikdə yerin altına enmək lazımdır.

Mağarada axını kifayət qədər sürətli olan çay axır.

Bundan başqa, mağarada çimərliklər, hətta kiçik saf göllər var.

Mağara qədim qurumalar və stalaktitlərlə zəngindir.

Burada həmçinin hündürlüyü 70 metrə qədər yüksələn “stalaqmit” uzanır.

Mağara incilərindən nəhəng əhəngdaşının birini özlərinə suvenir kimi götürmək olar.

Mağarada hündürlüyü 3 metr olan ağaclar da yetişir. Burada müxtəlif heyvan növləri yaşayır: Uçan tülkü və meymun, quşlar-kərgədanlar.

Mağaranın hətta iqlimi də unikaldır. Temperaturun kəskin dəyişməsi səbəbindən burada buludlar yaranır.





Aytən
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











